Məhkəmə

Tofiq Yaqublunun məhkəmədə son sözü

15 Aprel, 2025
1218

Neweasterneurope.eu

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasının 15-ci günündədir. 

Siyasətçinin səhhəti pisləşib, ailəsi və vəkilləri narahatdır.

Bir neçə gündür ki, Yaqublunun azadlığa buraxılması tələbilə sosial media şəbəkələrində kampaniya edilir. Müxtəlif fəallar və ictimai şəxslər  “Tofiq Yaqublunu azad edin” həştəqi ilə paylaşımlar edir. 

Tofiq Yaqublu məhkəmədə “son söz”ünü deyən zaman haqqında olan ittihamların hamısına aydınlıq gətirərək bu ittihamların saxta olduğunu bildirib.


Tofiq Yaqublunun məhkəmədəki son sözünün mətni:
 

Son sözümdə mənə qarşı irəli sürülmüş bu saxta ittihamı darmadağın edəcəm, bu cinayət işinin hər detalını incələyərək onun absurd, ziddiyətli və hətta uşaq ağlının da qəbul edə bilməyəcəyi həyasız yalanlardan ibarət cızma-qara olduğunu sizə elə şəkildə sübut edəcəm ki, heç nəyə don geyindirə, malalaya bilməyəcəksiniz.

Sizi məni məhkum etməmişdən əvvəl yalan danışdığınızı, şərə qulluq etdiyinizi etiraf etməyə məhkum edəcəm. İndi edəcəyim ifşalar məhkəmədə ifadə verərkən etdiyim ifşalardan xeyli genişdir və çoxlu sayda faktlarla, alibilərlə doludur. Onların bir çoxunu məhkəmədə ifadəmdə səsləndirmədim ki, dediklərimi nəzərə alıb bu işdəki ştatlı üzəduranlara həmin məqamlara uyğun yeni yalanlar uydurmaq göstərişi verməyəsiniz.

Bu çıxışım mətbuatda, sosial şəbəkələrdə yayılacaq, ayrıca kitabça şəklində nəşr ediləcək, həmçinin ingilis dilinə tərcümə edilərək, beynəlxalq  təşkilatlara göndəriləcək. Bəri başdan deyim ki, onsuz da məhkəmə istintaqı zamanı bu saxta cinayət işi tamamilə ifşa edildi. Ancaq bu sənədin yayılmasından sonra bütün aləm qeyri-legitim Əliyev rejiminin nə qədər cinayətkar, repressiv, şərçi və həm də əxlaqsız olduğunu aydınca görəcək.

Hüquq-mühafizə orqanlarının suçsuz insanları şərləməsinə el arasında "torba tikmək” deyilir. İndi sizə son sözümün girişində mənə qarşı bu torbatikmə əməliyyatının necə kütbeyincəsinə və şərəfsizcəsinə hazırlandığı haqda xırda və ilkin məlumat verim. Təbii ki, çıxışım boyu bu və digər rüsvayçı hallar haqqında daha ətraflı danışıb, ittihamı darmadağın edəcəm və mənə qarşı tikdikləri torbanı onların başına keçirəcəm.

Çıxışın tamamını oxumaq üçün faylı endirin.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Zabil Qəhrəmanovun vəkilinin vəsatətləri təmin olunmayıb

10 İyul 2026

Sosial media

İyulun 10-da Gəncə Şəhər Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun ittiham olunduğu iş üzrə hazırlıq iclası keçirilib.  APA-nın xəbərinə görə, hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Səadət Seyidlinin verdiyi vəsatətlərə baxılıb.  S.Seyidli əvvəlki prosesdə cinayət işinə xitam verilməsi, bu olmadığı təqdirdə Z.Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişilə vəsatətlər vermişdi.  Məhkəmə vəsatətləri təmin etməyib.  Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 23-nə təyin edilib. Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.  Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci...
Məhkəmə

Nərgiz Muxtarovaya 7 il yarım müddətinə şərti cəza verilib

9 İyul 2026

Əkinçi

İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.  Hökmə əsasən, Nərgiz Muxtarovaya 3 ili sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti həbs cəzası verilib.  O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə təqsirli bilinib.  Fəala qarşı daha əvvəl irəli sürülən 313-cü (Vəzifə saxtakarlığı) maddəyə isə xitam verilib.  "QHT işi” üzrə...

Seçilmiş Videolar

Toplum TV loqo