AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları “çox maraqlı məlumatlar verib” - Lavrov
Kolllaj/Toplum Tv
Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib.
Bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında deyib (APA).
O, təyyarə qəzası ilə bağlı yayılan xəbərlərin “qara qutu”lardakı məlumatlarla faktiki olaraq təsdiqini tapmadığını söyləyib.
Bu haqda geniş açıqlama verməyən nazir bildirib ki, təhqiqat başa çatana qədər gözləmək lazımdır.
Onun sözlərinə görə, rəsmi Moskva təyyarə qəzasının araşdırılmasında Azərbaycanın Rusiyanın iştirakını dəstəkləməsini yüksək qiymətləndirir.
İki ölkənin münasibətlərinə toxunan Lavrov Moskva ilə Bakının istənilən məsələləri həll edə biləcəyini deyib və buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulması ilə Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib.
Yanvarın 5-də Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi qəzaya uğramış Embraer sərnişin təyyarəsinə məxsus “qara qutu”nun analizini başa çatdırdığını açıqlamışdı.
Analiz prosesinə nəzarət etmək üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan müstəntiqlərin də Braziliyaya getdikləri bildirilirdi.
Audio yazılar və ya ilkin nəticələr barədə heç bir məlumat açıqlanmayıb.
Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında təcili eniş etməyə çalışsa da, qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər yaralanıb.
Yanvarın 6-da Prezident İlham Əliyev “qara qutu”lar açıldıqdan sonra bu günə qədər hələ də cavabı bəlli olmayan bütün məsələlərin üzə çıxacağını qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“2024-cü il repressiyaların və polis özbaşınalığının güclənməsi ilə yadda qaldı” - SMMM-nin illik hesabatı
Mikroskopmedia
Avropa Məhkəməsi
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?