Siyasət

CHP-dən olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb 

6 İyun, 2025
374

Foto: sosial media

Türkiyənin İstanbul və Adana vilayətlərində müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb. 

Türkiyənin Daxili İşlər Nazirliyi müvafiq qərarı iyunun 5-də qəbul edib. 

Qərara əsasən, İstanbulun Avcılar, Böyükçəkməcə və Qaziosmanpaşa, Adananın Ceyhan və Seyhan rayonlarının bələdiyyə sədrləri vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb. 

Sözügedən şəxslər iyunun 3-də rüşvət və vəzifədən sui-istifadə edərək mənimsəmə maddələrilə ittiham olunaraq həbs ediliblər. 

Bununla da, həbsdə olan CHP-çi bələdiyyə sədrlərinin sayı 11-ə çatıb.

CHP sədri Özgür Özəl iyunun 4-də mitinqdə çıxışında həbsləri partiyasına hücum olaraq qiymətləndirib. 
“Heç bir konkret sübut olmadan xeyli böhtan və təhqirlərlə yeni həbs dalğası yaratdılar”, - o deyib. 

Türkiyə polisi CHP-dən olan bələdiyyə sədrlərinin həbsinə ötən ilin noyabrında başlayıb. Bu ilin martında İstanbul meri, prezidentliyə namizəd Əkrəm İmamoğlunun həbsi isə ölkəboyu etirazlara səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Orban getdi: növbə kimindir?

13 Aprel 2026

Foto: AFP

Avropa və dünya siyasətində Viktor Orban dönəmi sona çatdı. Macar xalqı 12 aprel parlament seçkilərində 16 illik avtoritar idarəçiliyə son qoyaraq ölkə tarixində yeni bir səhifə açdı. Macarıstan seçkiləri yerli əhəmiyyətli olmaqdan çıxaraq regional, hətta qlobal miqyaslı siyasi hadisəyə çevrilmişdi. Əslində bu, bir paradoks kimi görünür, çünki Macarıstan 10 milyona yaxın əhalisi olan kiçik bir Mərkəzi Avropa ölkəsidir. Dənizə çıxışının olmaması da onun geostrateji önəmini azaldan amillərdən biridir. Buna baxmayaraq, Macarıstan ətraf ölkələrdən (Rumıniya, Xorvatiya, Serbiya, Sloveniya, Avstriya) fərqlənirdi və son illər qlobal geosiyasətdə özünəməxsus rola, ağırlığa malik oyunçu idi. Orban faktoru Şübhəsiz ki, dünya siyasətində Macarıstan faktorunun ortaya çıxması...
Siyasət

Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam" 

13 Aprel 2026

Açıq mənbə

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, ictimai fəal Hacı Vəliyev ictimaiyyətə müraciət edib.  O, sosial media hesabında dərc olunan müraciətində həbsinin siyasi xarakter daşıdığını bildirib.  “Mən “Gənc Qazilər” İctimai Birliyinin təsisçisi və sədri olaraq ictimai fəaliyyətimlə əlaqədar, yəni 44 günlük Vətən Müharibəsindən sonra hökümətin qazilərə və veteranlara qarşı soyuq və ögey münasibətini, onlara  qarşı edilən biganəliyi, özbaşınalığı və süründürməçiliyi rəsmi qaydada və sosial şəbəkələr üzərindən yazdığım və video çıxışlarımda səsləndirdiyim üçün sifarişli şəkildə, saxta və həqiqətə uyğun olmayan, qondarma ittihamlarla həbs edilmişəm", - fəal qeyd edib. "Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır", - o əlavə edib.  Hacı...

Seçilmiş Videolar

Toplum TV loqo