Nemət Abbasov/şəxsi arxiv
Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Nemət Abbasov naməlum şəxslər tərəfindən izlənildiyini bildirir.
O bu barədə “JAMnews”a danışıb.
Fəalın sözlərinə görə, 2024-cü il dekabrın 4-də hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən bir gün sonra o, Meydan TV-yə Azərbaycandakı repressiyalar və insan hüquqları ilə bağlı müsahibə verib.
Müsahibənin yayımlanmasından bir neçə gün sonra onun bütün sosial şəbəkə və şəxsi hesablarına qarşı kiber müdaxilə cəhdləri başlayıb.
İctimai fəal düşünür ki, onu Gürcüstanda izləyirlər.
Gürcüstanda azərbaycanlı fəallar, xüsusilə mühacirətdə olanlar, təhdidlərlə üzləşirlər. Jurnsalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq Azərbaycana aparılıb və həbs edilib. Bir neçə gün əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqov Azərbaycanın tələbi ilə Gürcüstanda həbs edilmiş, ölkəyə ekstradisiyası tələb edilmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Toplum TV