Siyasət

“Abzas Media”nın həbsdə olan əməkdaşları məhkəmədə iştirakdan imtina ediblər

11 Fevral, 2025
23

Abzas Media

 “Abzas Media”nın həbsdə olan əməkdaşları fevralın 11-nə təyin edilən məhkəmə prosesində iştirakdan imtina ediblər. 

Onlar buna səbəb kimi saxlandıqları 1 saylı Bakı İstintaq Təcrdxanasında onlara qarşı zorakılıq və qeyri-insani rəftarla bağlı şikayətlərin məhkəmə tərəfindən araşdırılmamasını göstəriblər.

“Abzasçılar”ın bu gün yaydığı bəyanatda zorakılıq törətdiyi iddia edilən təcridxana əməkdaşlarının hələ də cəzalandırılmadığı deyilir:

“Bu, o deməkdir ki, bizə qarşı belə davranışın göstərilməsini hökumət sifariş edir. Səbəb də təcridxanada baş verən qanunsuzluqları ictimailəşdirməyimizdir. Biz heç bir halda qanunsuzluqlara göz yummayacağıq”.

“Abzasçılar” dəfələrlə təcridxanada baş verən çoxsaylı qanun pozuntuları və onlara qarşı fiziki, psixoloji zorakılıq törədilməsi barədə məlumat yayıblar.

Ötən ilin noyabrında nəşrin qadın korpusunda saxlanılan baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edərkən zorakılığa məruz qaldıqlarını deyiblər.

Həmçinin “Abzas Media”nın direktoru Ülvi Həsənli 6 ay ərzində 1 saylı Bakı İstintaq Təcridxanasında 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra ölümlə təhdid edildiyini bildirmişdi.

Nəhayət, bu ilin fevralında Sevinc Vaqifqızı və Nərgiz Absalamovaya təcridxananın qadın korpusunun Aygül Babayeva adlı əməkdaşı tərəfindən zorakılığa məruz qaldıqlarını bildirdillər.

“Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin noyabrın 20-dən etibarən həbs ediliblər.

Ötən il mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.

Avqust ayında isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Şahnaz Bəylərqızıyla bağlı DİN-də görüş keçirildiyi deyilir

11 Fevral 2025

Şahnaz Bəylərqızı/şəxsi arxiv

Bu gün, fevralın 11-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunu üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlının iştirakı ilə jurnalist Şahnaz Bəylərqızıyla bağlı Daxili İşlər Nazirliyində görüş keçirildiyi deyilir. Bildirilir ki, onların müraciəti dinlənilib, aparılan istintaqın gedişi və müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib. Bir neçə gün əvvəl hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilirdi ki, Ş.Bəylərqızı beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım çağrılıb. Hazırda da həkim nəzarətindədir. Müraciət müəllifləri yuxarıda qeyd edilənləri nəzərə alaraq, Prezidentdən Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına...
Siyasət

Məhkəmə jurnalistin şikayətini icraata götürməyib

11 Fevral 2025

Ülviyyə Əli/şəxsi arxiv

“Meydan TV işi”nə görə ölkədən çıxışına qadağa qoyulan “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əlinin (Quliyeva) şikayəti Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. Bu barədə jurnalist özü məlumat yayıb. “Məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Bu da o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur”, Ü.Əli qeyd edib. Jurnalist qərarda apellyasiya şikayəti verəcəyini bildirib. “Əslində, məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə bir qadağa...

Seçilmiş Videolar

Toplum TV loqo