Siyasət

Qreta Tunberq İsraildən deportasiya edilib 

6 Oktyabr, 2025
26

Foto: İsrail XİN

İsveçli iqlim fəalı Qreta Tunberq də daxil olmaqla 171 fəal İsraildən deportasiya edilib. 

Bu barədə İsrail Xarici İşlər Nazirliyi oktyabrın 6-da xəbər verib. 

Məlumata görə, onlar İsraildən Yunanıstan və Slovakiyaya deportasiya olunublar. 

Fəalların, əsasən, Avropa ölkələri və ABŞ vətəndaşları olduğu bildirilir. 

"Bu PR aksiyasında iştirak edənlərin bütün hüquqları tam şəkildə qorunub və qorunmaqda davam edəcək. Onların yaydığı yalanlar əvvəlcədən planlaşdırılmış saxta xəbər kampaniyasının bir hissəsidir. Yeganə zorakı insident “Hamas–Sumud” təxribatçılarından birinin Ketsiyot həbsxanasında qadın tibb işçisini dişləməsi olub. Onların yaydığı saxta xəbərlərə inanmayın", - İsrail tərəfi açıqlamada bildirib. 

Tunberq və fəalların sıralarında olduğu, Qəzza sakinləri üçün beynəlxalq yardım təşəbbüsü olan Qlobal Sumud Flotilliyasının (QSF) gəmiləri oktyabrın 2-də İsrail ordusu tərəfindən saxlanılıb. 

Qrupun daha öncə deportasiya edilən üzvləri saxlanma məntəqəsində xüsusilə Tunberqə qarşı zorakılıq edildiyi və İsrail bayrağını öpməyə məcbur edildiyini bildiriblər. 

QSF-də 40-dan çox gəmi olmaqla 500-dən çox fəal yer alıb. Onların arasında müxtəlif ölkələrdən siyasətçilər, insan hüquqları fəalları və jurnalistlər var. 

Sentyabrın 9-10-da flotilliya iki gəmisinə dronla hücum edildiyini bildirmişdi. 

Flotilliya üzvləri İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yararaq fələstinli əhaliyə yardım çatdırmağı hədəfləyirlər. 

İsrail 2007-ci ildə HƏMAS qruplaşmasının Qəzzaya nəzarəti ələ keçirməsindən bəri sahil ərazisinə blokada tətbiq edir və bunu silah qaçaqmalçılığının qarşısını almaqla əsaslandırır. 

Cari müharibə dövründə isə qida və digər yardımlar üzərində blokada daha da gücləndirilib. Qlobal aclıq monitorinqi aparan təşkilat iyul ayında bildirib ki, Qəzza sakinlərinin bir hissəsi aclıqdan əziyyət çəkir.

İyun ayında isə İsrail dəniz qüvvələri flotilliyaya məxsus, Britaniya bayrağı altında olan gəmini ələ keçirib, Tunberq də daxil olmaqla göyərtədəki fəalları həbs edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Şurası nümayəndələri Azərbaycanda məhbuslarla rəftarı araşdırıb

6 Oktyabr 2025

Foto: açıq mənbə

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Komitənin oktyabrın 6-da yaydığı məlumatda bildirilir ki, səfər sentyabrın 22-dən oktyabrın 3-dək davam edib və bu, Komitənin Azərbaycana altıncı belə səfəri olub. Açıqlamada qeyd olunur ki, səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərlə, eləcə də cəzaçəkmə müəssisələrində saxlanılan məhbuslarla rəftarı və onların saxlanma şəraitini araşdırmaq olub. Nümayəndə heyəti, həmçinin, psixiatrik müəssisələrdə saxlanılan şəxslərlə rəftar, onların şəraiti və hüquqi təminatlar məsələlərini də yoxlayıb. Komitə səfəri zamanı əvvəlki illərdə verdiyi tövsiyələrin icrası ilə bağlı Azərbaycan hakimiyyəti tərəfindən görülən tədbirləri də qiymətləndirib. Nümayəndə heyəti səfər çərçivəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov,...
Siyasət

Fransanın baş naziri vəzifəyə başlayandan 27 gün sonra istefa verib 

6 Oktyabr 2025

Foto: AP

Fransanın baş naziri Sebastien Lekornu vəzifəyə başlamasından cəmi bir neçə həftə sonra istefa verib.  Fransa prezidentinin ofisindən verilən açıqlamada bildirilir ki, prezident Emmanuel Makron oktyabrın 6-da müttəfiqi olan Lekornunun istefasını qəbul edib. Təyinatından təxminən bir ay sonra Lekornu oktyabrın 5-i axşam yeni hökumətin tərkibini açıqlamışdı. Nazirlər Kabinetinin ilk iclası oktyabrın 6-ı günorta saatlarında keçirilməli idi, lakin hökumətin tərkibi həm müxalifətin, həm də tərəfdarların narazılığına səbəb olub. Xüsusilə Lekornunun keçmiş maliyyə nazirini müdafiə naziri vəzifəsinə gətirməsi tənqid hədəfi olub.  Digər əsas vəzifələr isə əvvəlki kabinetdən dəyişməyib. Mühafizəkar Bruno Retiyo daxili işlər naziri olaraq qalıb.  Jan-Noel Barro xarici işlər naziri vəzifəsində qalıb,...

Seçilmiş Videolar

Toplum TV loqo