Siyasət

Fransanın baş naziri vəzifəyə başlayandan 27 gün sonra istefa verib 

6 Oktyabr, 2025
16

Foto: AP

Fransanın baş naziri Sebastien Lekornu vəzifəyə başlamasından cəmi bir neçə həftə sonra istefa verib. 

Fransa prezidentinin ofisindən verilən açıqlamada bildirilir ki, prezident Emmanuel Makron oktyabrın 6-da müttəfiqi olan Lekornunun istefasını qəbul edib.

Təyinatından təxminən bir ay sonra Lekornu oktyabrın 5-i axşam yeni hökumətin tərkibini açıqlamışdı.

Nazirlər Kabinetinin ilk iclası oktyabrın 6-ı günorta saatlarında keçirilməli idi, lakin hökumətin tərkibi həm müxalifətin, həm də tərəfdarların narazılığına səbəb olub. Xüsusilə Lekornunun keçmiş maliyyə nazirini müdafiə naziri vəzifəsinə gətirməsi tənqid hədəfi olub. 

Digər əsas vəzifələr isə əvvəlki kabinetdən dəyişməyib. Mühafizəkar Bruno Retiyo daxili işlər naziri olaraq qalıb.  Jan-Noel Barro xarici işlər naziri vəzifəsində qalıb, Jeral Darmanen isə ədliyyə nazirliyini saxlayıb.

Lekornu bəyan etmişdi ki, əvvəlki baş nazirlərin istifadə etdiyi xüsusi konstitusiya səlahiyyətindən — yəni büdcəni parlamentin səsverməsi olmadan qəbul etdirmək imkanından — istifadə etməyəcək və bunun əvəzinə həm solçu, həm də sağçı qanunvericilərlə kompromis yolunu axtaracaq.

Daha öncə müdafiə naziri olmuş Lekornu son iki il ərzində beşinci baş nazir idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Almaniya kansleri: Dron uçuşlarının arxasında Rusiya dayana bilər 

6 Oktyabr 2025

Foto: Jens Krick

Almaniya kansleri Fridrix Merts "ARD"-yə verdiyi müsahibədə bildirib ki, bu yaxınlarda Almaniya, Norveç və Danimarka üzərində müşahidə olunan dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayana bilər. "İctimaiyyəti arxayın edə bilərəm ki, indiyədək dronlardan istifadə ilə bağlı heç bir insident və ya qəza baş verməyib. Yalnız casusluq və ictimaiyyəti təşvişə salmaq cəhdləri olub", - o deyib.  Merts qeyd edib ki, Almaniyada dronlardan müdafiə üçün məsuliyyət polisə məxsusdur, lakin polis bu funksiyanı yerinə yetirmək üçün kifayət qədər təchiz olunmayıb. "Buna görə də hökumət Federal Polis Qanununa dəyişikliklər etməyə hazırlaşır. Bundan əlavə, Hava Məkanı Təhlükəsizliyi Qanununa da düzəliş ediləcək ki, ordunun dronlara qarşı mübarizə...
Siyasət

Avropa Məhkəməsi "İşçi Masası”nın həbsdə olan üzvü barədə qərar çıxarıb

4 Oktyabr 2025

Foto: sosial media

Avropa İnsan Hüquqları Məhkəməsi "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucov barədə qərar verib. İşçi Masasının yaydığı məlumata görə, şikayət Möhyəddin Orucovun 2023-cü il oktyabrın 18-də 30 sutka inzibati həbs cəzası alması və 200 manat cərimə olunması ilə bağlı olub. Fəalın iddiaları Avropa Konvensiyasının 6-cı maddəsi – “ədalətli məhkəmə araşdırması hüququ” ilə bağlı olub. Azərbaycan hökuməti əvvəlcə dostcasına həll variantlarını müzakirə etsə də, daha sonra AİHM-ə birtərəfli bəyanatlar təqdim edib. Bu bəyanatlarda hökumət pozuntuları qəbul etdiyini, zərərçəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib. Qərara görə, M.Orucova mənəvi zərərə görə 900 avro, əlavə xərclər üçün 225 avro ödəniləcək. Orucov...

Seçilmiş Videolar

Toplum TV loqo