Foto: sosial media
Avropa İnsan Hüquqları Məhkəməsi "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucov barədə qərar verib.
İşçi Masasının yaydığı məlumata görə, şikayət Möhyəddin Orucovun 2023-cü il oktyabrın 18-də 30 sutka inzibati həbs cəzası alması və 200 manat cərimə olunması ilə bağlı olub.
Fəalın iddiaları Avropa Konvensiyasının 6-cı maddəsi – “ədalətli məhkəmə araşdırması hüququ” ilə bağlı olub.
Azərbaycan hökuməti əvvəlcə dostcasına həll variantlarını müzakirə etsə də, daha sonra AİHM-ə birtərəfli bəyanatlar təqdim edib. Bu bəyanatlarda hökumət pozuntuları qəbul etdiyini, zərərçəkənlərə kompensasiya ödəməyə hazır olduğunu bildirib.
Qərara görə, M.Orucova mənəvi zərərə görə 900 avro, əlavə xərclər üçün 225 avro ödəniləcək.
Orucov həmin hadisə zamanı polis tərəfindən işgəncəyə məruz qalması barədə mediaya danışdıqdan sonra, 2023-cü il dekabrın 13-də yenidən həbs edilib. Bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
İşçi Masasının İdarə Heyətinin digər üzvü Ayxan İsrafilovun isə saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində müəssisədaxili məhkəməsi keçirilib.
Bildirilir ki, bu cür məhkəmələr adətən nümunəvi davranış göstərən və cəzasının sonuna yaxınlaşan məhbusların azadlığa buraxılması ilə nəticələnir.
“Lakin Ayxan İsrafilovun işində fərqli qərar verilib. Məhkəmə onun 2023-cü ildə Şüvəlan təcridxanasından ailəsinə məktub göndərməsini irad kimi qiymətləndirib. İsrafilov isə həmin vaxt Şüvəlan təcridxanasında olanların 10 saylı müəssisəyə aid edilməməli olduğunu bildirib. Məhkəmə bu arqumenti qəbul etsə də, onun 2024-cü ildə 10 gün karserdə saxlanılması faktını əsas gətirərək azadlığa buraxılmasına rədd cavabı verib”, - məlumatda qeyd olunur.
Ayxan İsrafilov bu qərarla razılaşmayıb və karserə salınma barədə sənədlərin saxta olduğunu bildirib.
İsrafilov 2023-cü il avqustun 13-də moto-kuryerlərin etiraz aksiyasına dəstək verdikdən sonra narkotik ittihamı ilə saxlanılmışdı.
Bu il prelində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il azadlıqdan məhrum edib.
2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: İsrail XİN
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır