sosial media
Həbsdə olan bloger Rəşad Ramazanov 15 saylı cəzaçəkmə müəssisəsində şəraitinin pis olmasından şikayət edib, ona qarşı təzyiqlər olduğunu bildirib.
Bu barədə blogerin həyat yoldaşı Könül İsmayılova məlumat yayıb (Turan).
"Rəşad çox gərgin və həyəcanlı idi. Cəzaçəkmə müəssisəsində məhbuslarla çox pis davranırlar. Yeməyin keyfiyyəti aşağıdır, qida qəbulu üçün çox az vaxt ayrılır, buna görə məhbuslar normal yemək yeyə bilmirlər. Mətbəxdə, sanitar qovşaqlarda və hamamda dəhşətli antisanitariya mövcuddur. İsti su həftədə bir dəfə və qısamüddətli verilir. Həbsxana mağazasındakı ərzaq çox bahadır" - İsmayılova belə yazıb.
Bununla bağlı ombudsmana və ədliyyə nazirinə müraciət etdiyini bildirən Kərimova həmçinin qeyd edib ki, işsiz olduğuna görə həyat yoldaşını ərzaqla təmin edə bilmir.
Rəşad Ramazanov 2022-ci ilin may ayında həbs edilib, 2024-cü ilin fevral ayında Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsilə 5,4 il müddətinə azadlıqdan məhrum edilib.
Özü ittihamı rədd edir
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
The News Record
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?