Siyasət

ABŞ vətəndaşı olamayan 709 azərbaycanlı ilə bağlı deportasiya əmri verilib

30 Yanvar, 2025
27

The News Record

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentliyi bildirir ki, 709 Azərbaycan vətəndaşı ilə bağlı yekun deportasiya əmri verilib. Bu haqda “Amerikanın Səsi” xəbər verir.

Agentlik 1,4 milyon ABŞ vətəndaşı olmayan insanla bağlı yekun deportasiya əmri verib. 

Seçki kampaniyası zamanı qanunsuz immiqrasiyaya qarşı tədbirlər görəcəyini vəd edən ABŞ Prezidenti Donald Tramp artıq ölkəyə girişin dəyişdirilməsi ilə bağlı bəzi sərəncamlar da imzalayıb.

O, vəzifəyə başladığı ilk gündə ölkənin cənub sərhədində "milli fövqəladə vəziyyət" elan edib və bölgəyə daha çox qoşunun yerləşdirildiyini elan edərək, "cinayətkar xariciləri" deportasiya edəcəyinə söz verib.

Bundan əlavə o, Baydenin dövrünə aid cinayət törətməyən miqrantların həbsini məhdudlaşdıran qaydaları, habelə ICE agentlərinin kilsələr, məktəblər və xəstəxanalar kimi həssas yerlərdə qanunsuz immiqrantları saxlanmalarının qarşısını alan məhdudiyyətləri aradan qaldırıb.

ICE-nin məlumatına görə, son günlərdə immiqrasiya ilə əlaqədar həbslər gündə təxminən 1000-1200-ə çatıb. Ötən il bu rəqəm gündəlik orta hesabla 311 olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmə Meydan TV-nin jurnalistinin şikayətini təmin etməyib

30 Yanvar 2025

Aytaq Tapdıq/şəxsi arxiv

Bu gün Bakı Apellyasiya Məhkəməsi "MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aytac Əhmədovanın (Tapdıq) vəsatətini təmin etməyib. Vəsatət Xətai rayon Məhkəməsinin jurnalist haqqında həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi haqqında şikayəti təmin etməməsi ilə bağlı qərarla bağlı olub. Vəkil Cavad Cavadov qeyd edib ki, Aytac Tapdıq özü də məhkəmədə iştirak edib.  “Aytac bildirib ki, 10 ildən çoxdur “Meydan TV” ilə əməkdaşlıq edir və onun həbsi sırf jurnalist fəaliyyətinə görədir. Biz də hesab edirik ki, burada Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusu açıq-aşkardır. Obyektiv əsaslar olsa da, istintaq və məhkəmələr onun barəsində həbslə bağlı olmayan...
Siyasət

Polkovnik və eks-bölmə müdiri ev dustaqlığına buraxıldı

30 Yanvar 2025

sosial media

Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin iki keçmiş vəzifəli şəxsini ev dustaqlığına buraxıb (“Qafqazinfo”). Onlar Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovdur. Məhkəmə onların vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib. E. Məmmədov və R. Laçınov ötən ilin avqustunda Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 311.3.2-ci, 341.2.3-cü maddələrinə əsasən əlbir olaraq xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilmişdilər.

Seçilmiş Videolar

Toplum TV loqo