Anadolu ajansı
Suriya üsyançılarının lideri Əhməd əl-Şaraa “keçid hökuməti” dövründə ölkənin yeni prezidenti elan edilib. Bu barədə “Al Arabiya” və Yaxın Şərqin digər KİV-ləri məlumat yayıblar.
Məhəmməd əl-Culani kimi də tanınan Əl-Şaraa ABŞ-da, digər Qərb ölkələrində və Rusiyada terror qruplaşması kimi tanınan, Türkiyə yönlü islamçı "Heyəti Təhrir əş-Şam" qruplaşmasının rəhbəridir.
2024-cü ilin noyabr ayının sonu - dekabr ayının əvvəllərində Bəşər Əsəd diktaturasına qarşı üsyana məhz bu qruplaşma rəhbərlik edib. Nəticədə ölkədə hakimiyyət çevrilişi baş verib, Əsəd Moskvaya qaçıb və Əl-Şaraa faktiki olaraq ölkəyə rəhbərlik etməyə başlayıb.
Həmin günlərdə o bəyan edib ki, Əsədin devrilməsində iştirak edən bütün yarımhərbi qruplaşmalar ləğv edilməli və onların üzvləri dövlət strukturlarında yer almalıdırlar. Əvvəlki ordu və təhlükəsizlik qüvvələri buraxılıb, 2012-ci ildə qəbul edilmiş Suriya Konstitusiyası ləğv edilib.
Əl-Şaraa həmçinin bildirib ki, "keçid dövründən" sonra Suriyada seçkilər yoluyla daimi hökumət qurulmalıdır. O keçid dövrünün nə qədər davam edəcəyini deməyib, amma qeyd edib ki, yeni konstitusiyanın hazırlanması və qəbulu təxminən 4 il çəkəcək.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersen dekabr ayında Dəməşqə səfər edib, ölkənin yeni liderlərlə görüşüb və ölkənin gələcəyilə bağlı nikbin proqnoz verib: “Ümid var ki, Yeni Suriyanın başlandığını görəcəyik”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Commonspace.eu
The New York Times
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?