Böyük Britaniya səfiri Rüfət Səfərovun saxlanılmasına görə narahat olduğunu yazır
açıq mənbədən götürülüb
“İnsan hüquqları fəalı Rüfət Səfərovun saxlanılması ilə bağlı xəbərləri dərin narahatlıqla izləyirəm”. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old dekabrın 4-də X platformasındakı hesabında belə yazıb.
O, fikrini belə davam etdirib: “İfadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından, onun inkişafı və hər bir fərdin özünü reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir".
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə şübhəli şəxs qismində saxlanılıb.
Özü bu ittihamların saxta olduğunu, dekabrın 3-də yaşadığı binanın yaxınlığıında tanımadığı bir şəxsin ona hücum etdiyini, ardınca da polislərin onu tutub apardığını bildirib. R.Səfərov həbsini insan haqları sahəsindəki fəaliyyəti ilə bağlayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
amerikanınsəsi
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri