Siyasət

Həbsdə olan AXCP üzvü aclığa başlayıb

4 Dekabr, 2024
21

amerikanınsəsi

Üç il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb. 

Partiyadan verilən məlumata görə, o, aclığa cəzaçəkmə müəssisəsinə köçürülməməsinə və yaxınları ilə görüş hüququnun məhdudlaşdırılmasına etiraz olaraq başlayıb.

Məhkəmə avqustun 2-də onun barəsində hökm çıxardıqdan sonra AXCP üzvü Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksin təcridxanasına köçürülüb. O, bu müddətdə cəzaçəkmə müəssisəsinə köçürülməli idi.

Penitensiar Xidmətdən deyilənlərə münasibət almaq mümkün olmayıb.

Elnur Həsənov 2023-cü ilin noyabrında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb. Özü ittihamı rədd edir, Yol Polisi İdarəsi rəhbərliyini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Böyük Britaniya səfiri Rüfət Səfərovun saxlanılmasına görə narahat olduğunu yazır

4 Dekabr 2024

açıq mənbədən götürülüb

“İnsan hüquqları fəalı Rüfət Səfərovun saxlanılması ilə bağlı xəbərləri dərin narahatlıqla izləyirəm”. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old dekabrın 4-də X platformasındakı hesabında belə yazıb. O, fikrini belə davam etdirib: “İfadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından, onun inkişafı və hər bir fərdin özünü reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir".     “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə şübhəli şəxs qismində saxlanılıb.  Özü bu ittihamların saxta olduğunu, dekabrın 3-də yaşadığı binanın yaxınlığıında tanımadığı bir şəxsin ona hücum etdiyini, ardınca da polislərin...
Siyasət

Məhkəmə Ələsər Məmmədlinin şikayətini təmin etmədi

4 Dekabr 2024

açıq mənbədən götürülüb

Bu gün Bakı Apellyasiya məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmaması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Vəkil Fəxrəddin Mehdiyev Toplum TV-yə məhkəmənin qərarı qüvvədə saxladığını deyib. Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini 3 ay uzadıb.  O, noyabrın 28-də keçirilən məhkəmədə haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi. Ə.Məmmədli həmin məhkəmədə demişdi ki, onun ev dustaqlığına buraxılması istintaqın aparılmasına heç bir maneə törətmir. O, 9 aydır davam edən istintaq üçün açıq sual qalmadığını, faktiki olaraq onun çoxdan yekunlaşdığını bildirmişdi.  “Amma tamamilə əsassız olaraq hələ də həbsdə saxlanılıram. Mən açıq...

Seçilmiş Videolar

Toplum TV loqo