Siyasət

Məzahir Pənahov: “MSK-ya şikayət daxil olmayıb”

30 Yanvar, 2025
107

MSK

Bələdiyyə seçkilərində 1 589 187 nəfər səs verib, artıq 1 580 532 bülleten sayılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib. O bildirib ki, 118 seçki dairəsi üzrə 4872 məntəqə hesabat verib.

“Bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir”- Pənahov qeyd edib.

Sədr MSK-ya və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını bildirib. 

O, bu gündən protokolların dairə seçki komissyalarından MSK-ya daxil olacağını və ilkin protokol məlumatları əsasında ictimaiyyətin nəticələrlə  tanış ediləcəyini bildirib.

****

Bələdiyyə seçkilərində səsvermə az öncə - saat 19-da başa çatıb.

Saat 17-yə olan rəsmi məlumata görə, seçicilərin 28,77%-i, 1 milyon 715 min 291 nəfər səs verib. Bakıdakı seçki məntəqələrində prosesi müşahidə edənlər səs verməyə çox az adamın gəldiyini bildiriblər. Onların sözlərinə görə, bu, seçicilərin sayının ən az olduğu seçkilər olub.

İlkin nəticələrin bu axşam açıqlanacağı gözlənilir. 

Bu seçkilərdə ötən seçkilərdə olduğu kimi pozuntular - xüsusən də “karusel əməliyyatı”, bülletenlərin seçki qutularına topa halda atılması müaşhidə edilib. Bunların bəzisi müşahidəçilər, bəzisi KİV-lər tərəfindən qeydə alınıb, bəzisini də elə MSK-nın quraşdırdığı veb-kameralar vasitəsilə izləmək mümkün olub.  

****

70 saylı Neftçala Seçki Dairəsi, 48 - ci məntəqədə eyni anda iki pozuntu qeydə alınıb.

https://www.youtube.com/watch?v=vqfwZXkabN0

****

Nizami Seçki dairəsi 7-ci məntəqədə seçki qutusuna topa bülleten atan şəxs veb-kameraya düşüb.

https://www.youtube.com/watch?v=UW7WqfQcOCk

****

İctimai fəal Əhməd Məmmədli müşahidə apardığı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 32 saylı məntəqəsində təhdid olunduğunu iddia edir. Bu barədə o, “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
“23 saylı Nəsimi-Səbail seçki dairəsinin 32 saylı məntəqəsində bir nəfər üstümə adam göndərib, məni öldürməklə təhdid etdi və özümü "ağıllı" aparmayacağım təqdirdə bıçaqlanacağımı dedi və "profilaktik" söhbət aparmağa cəhd etdi”.

Məmmədlinin dediyinə görə, təhdid olunmasına səbəb həmin şəxsin bacısını seçki saxtakarlığı edərkən videoya çəkməsidir. İctimai fəal iddia edir ki, təhdid edən şəxs özü bu barədə deyib.

Əhməd Məmmədli müşahidəçi olduğu üçün hədələndiyini deyir.

https://www.youtube.com/watch?v=yM4NC7GZOUE

****

Bu gün bələdiyyə seçkilərində ilkin pozuntular qeydə alınmaqdadır. Bunların bəzisi ötən seçkilərdə müşahidə edilən pozuntulardır. Onlardan biri 70 saylı Neftçala seçki dairəsinin, 48 saylı məntəqədə qeydə alınıb. 

 

 ****

Bu gün bələdiyyə seçkiləri keçirilir. Saat 8.00 tamamda səsvermə başlayıb.

Səsvermədən öncə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri 118 dairəni, 5846 seçki məntəqəsini (5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqəsi) əhatə edir, 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 1000 məntəqədə veb-kamerala quraşdırılıb.

Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 16092 namizədin təqribən 31%-i qadınlardır. Namizədlərin 82%-i ali təhsillidir. Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin 41%-i 21-35 yaş arasında olanlardır.

Bələdiyyə seçkilərində 5 961 987 seçici səsvermə hüququndan istifadə edə bilər.

Bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçinin akkreditasiyadan keçdiyi bildirilir.

MSK sədri bildirib ki, bu gün səsvermə başa çatdıqdan sonra seçki məntəqələrinin protokolları əsasında ilkin nəticələri ictimaiyyətə açıqlayacaqlar

“Tam yekun nəticələr isə MSK bütün araşdırmaları başa çatdırdıqdan sonra ictimaiyyətə çatdırılacaq”, M.Pənahov bildirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmə Meydan TV-nin jurnalistinin şikayətini təmin etməyib

30 Yanvar 2025

Meydan TV

Bu gün Bakı Apellyasiya Məhkəməsi "MeydanTV işi" üzrə həbs olunmuş jurnalist Aytac Əhmədovanın (Tapdıq) vəsatətini təmin etməyib. Vəsatət Xətai rayon Məhkəməsinin jurnalist haqqında həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi haqqında şikayəti təmin etməməsi ilə bağlı qərarla bağlı olub. Vəkil Cavad Cavadov qeyd edib ki, Aytac Tapdıq özü də məhkəmədə iştirak edib.  “Aytac bildirib ki, 10 ildən çoxdur “Meydan TV” ilə əməkdaşlıq edir və onun həbsi sırf jurnalist fəaliyyətinə görədir. Biz də hesab edirik ki, burada Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci (Hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddəsinin pozuntusu açıq-aşkardır. Obyektiv əsaslar olsa da, istintaq və məhkəmələr onun barəsində həbslə bağlı olmayan...
Siyasət

Polkovnik və eks-bölmə müdiri ev dustaqlığına buraxıldı

30 Yanvar 2025

sosial media

Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin iki keçmiş vəzifəli şəxsini ev dustaqlığına buraxıb (“Qafqazinfo”). Onlar Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovdur. Məhkəmə onların vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib. E. Məmmədov və R. Laçınov ötən ilin avqustunda Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 311.3.2-ci, 341.2.3-cü maddələrinə əsasən əlbir olaraq xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilmişdilər.

Seçilmiş Videolar

Toplum TV loqo