Toplum TV
İctimai fəal Əhməd Məmmədli bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı təhdid və təzyiqə məruz qaldığını bildirir. Əhməd Məmmədli bu barədə “Facebook“ hesabında paylaşım edib.
O bunun Bakıdakı 35 saylı məktəbdə yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində baş verdiyini deyir.
Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma metodu müşahidə edib:
"Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında "koordinatorlar" onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları - tək-tək daxil olmaları və bir-birilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər".
Məmmədli həm bu prosesin, həm də digər pozuntuların videogörüntülərini çəkib. Hakimiyyəti təmsil edən komissiya üzvləri və müşahidəçilər buna görə ona təzyiq göstərməyə başlayıblar.
İdmançı bədən quruluşu olan biri onu açıq şəkildə təhdid edib.
"O dedi ki, mən hansısa "kriminal avtoritetin" bacısını videoya çəkmişəm, məni ölümlə hədələdi. Mən məntəqəni tərk etməkdən imtina etdim, videomüraciət yayaraq bu haqda danışdım. Dedim ki, başıma bir iş gəlsə, buna görə seçki prosesinə müdaxilə edən YAP-çı komissiya üzvləri və müşahidəçilər məsuliyyət daşıyırlar" deyən Məmmədlinin sözlərinə görə, həmin videomüraciətdən sonra ona qarşı təzyiqlər dayandırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
The News Record
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?