Siyasət

Primakov “Baku TV”-ni məhkəməylə hədələdi

29 Yanvar, 2025
43

Toplum TV/kollaj

“Rossotrudniçestvo”nun (Rusiya Federasiyasının humanitar əlaqələr üzrə Dövlət Agentliyi) rəhbəri Yevgeni Primakov “Baku” TV-ni məhkəməylə hədələyib.

O bu barədə özünün “Telegram” kanalında yazıb.

Hansısa qızın “Baku TV” leyblı ilə mənfur reportajı-stəndapıyla tanış oldum. Bakıda, bizim Azərbaycandakı Mədəniyyət Mərkəzimizin girişində, “Rus Evi” lövhəsinin qarşısında çəkilib. Reportajda qız utanmazcasına yalan danışır, deyir ki, bura casuslar və separatçılar yuvasıdır. Bildiyim qədərilə “Baku TV” Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Biz bazar ertəsi işgüzar nüfuzun qorunmasıyla bağlı məhkəmə iddiası hazırlayacağıq. Mən Azərbaycan hökumətinin maliyyələşdirdiyi kütləvi informasiya vasitəsindən bu böhtan və yalana dair təkzibedilməz sübutlar eşitmək istəyirəm. Ya da təkzib etsinlər və  üzr istəsinlər” –Primakov belə yazıb.

O xatırladıb ki, Azərbaycandakı Rusiya Mədəniyyət Mərkəzi iki ölkə arasındakı hökumətlərarası saziş əsasında fəaliyyət göstərir və istisnasız olaraq təhsil, mədəniyyət və elm sahələrində fəaliyyətlə məşğul olur : ”İndi qoy “Baku TV” sübut etsin ki, bu, casusluq fəaliyyətidir və ya hansısa formada qanunsuzdur”.

Yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” telekanalı Bakıda yerləşən “Rus Evi” mədəniyyət mərkəzilə bağlı reportaj yayımlayıb.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyətilə bağlı bir sıra iddialar səsləndirilib. Bir neçə gün sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər nazirinin müavini Mixail Qaluzin Mustafayevə bildirib ki, son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə ardıcıl yazılar, eləcə də “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası onu təəccübləndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Polkovnik və eks-bölmə müdiri ev dustaqlığına buraxıldı

30 Yanvar 2025

sosial media

Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin iki keçmiş vəzifəli şəxsini ev dustaqlığına buraxıb (“Qafqazinfo”). Onlar Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovdur. Məhkəmə onların vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib. E. Məmmədov və R. Laçınov ötən ilin avqustunda Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 311.3.2-ci, 341.2.3-cü maddələrinə əsasən əlbir olaraq xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edilmişdilər.
Siyasət

ABŞ vətəndaşı olamayan 709 azərbaycanlı ilə bağlı deportasiya əmri verilib

30 Yanvar 2025

The News Record

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentliyi bildirir ki, 709 Azərbaycan vətəndaşı ilə bağlı yekun deportasiya əmri verilib. Bu haqda “Amerikanın Səsi” xəbər verir. Agentlik 1,4 milyon ABŞ vətəndaşı olmayan insanla bağlı yekun deportasiya əmri verib.  Seçki kampaniyası zamanı qanunsuz immiqrasiyaya qarşı tədbirlər görəcəyini vəd edən ABŞ Prezidenti Donald Tramp artıq ölkəyə girişin dəyişdirilməsi ilə bağlı bəzi sərəncamlar da imzalayıb. O, vəzifəyə başladığı ilk gündə ölkənin cənub sərhədində "milli fövqəladə vəziyyət" elan edib və bölgəyə daha çox qoşunun yerləşdirildiyini elan edərək, "cinayətkar xariciləri" deportasiya edəcəyinə söz verib. Bundan əlavə o, Baydenin dövrünə aid cinayət törətməyən miqrantların həbsini məhdudlaşdıran qaydaları, habelə...

Seçilmiş Videolar

Toplum TV loqo