Siyavuş Novruzov: “Parlament Müstəqillik Gününədək amnistiya aktı işləyib hazırlaya bilər”
sosial media
Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var.
Bu təkliflə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.
Müstəqillik illərində Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunduğunu xatırladan deputata deyib ki, parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününə - 28 Mayadək belə amnistiya aktını işləyib hazırlaya bilər.
Deputat təklif edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlərə amnistiya verilsin.
Azərbaycanda sonuncu dəfə amnistiya aktı 5 noyabr 2021-ci il Qələbə Günü münasibətilə qəbul edilib. Həmin amnistiya 16 min nəfərə şamil edilib, 3 min nəfər həbsdən azad edilib.
Amma bu amnistiya hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslərə şamil edilməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Müsavat Partiyası Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətinə görə narahatdır
Ələsgər Məmmədli/şəxsi arxiv
“Həbsdəki araşdırmaçı Hafiz Babalının “Qafqazinfo”ya qarşı qaldırdığı iddiaya baxılması yubanır”
Toplum TV
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək