Annalena Berbek fəalların, jurnalistlərin azad edilməsini azərbaycanlı həmkarı ilə müzakirə edəcək
açıq mənbədən götürülüb
Almaniya Azərbaycanda həbsdə olan hakimiyyət tənqidçilərinin azad edilməsinin tərəfdarıdır. Bu gün - noyabrın 21-də Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 məkanında keçirdiyi mətbuat konfransında belə deyib (Turan).
Nazir bu məsələni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə qaldıracağını da bildirib.
A.Berbek bu haqda danışarkən Drezden Universitetinin professoru, iqtisadçı Qubad İbadoğlunun adını da çəkib.
COP29 ərəfəsində və iqlim konfransının keçirildiyi günlərdə beynəlxalq qurumların rəhbərləri, dövlət və hökumət nümayəndələri dəfələrlə Azərbaycanı siyasi motivlərlə, əsassız yerə həbs edilmiş şəxsləri azad etməyə çağırsa da, rəsmi Bakı heç bir addım atmayıb.
Azərbaycan adətən bu tənqidlərə cavab olaraq deyir ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib edilmir, təməl hüquq və azadlıqlar təmin edilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Amerikanınsəsi
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?