Foto: ABC News
ABŞ prezidenti Donald Tramp Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının zorla tərk-silah ediləcəyini deyib.
O, bunu oktyabrın 14-də Ağ Evdə jurnalistin sualına cavab olaraq bildirib.
"Onlar razılaşdılar ki, tərk-silah olacaqlar. Əgər olmasalar, biz onları tərk-silah edəcəyik. Bu sürətlə, bəlkə zorakılıqla baş verəcək", - o qeyd edib.
Trampın təqdim etdiyi, oktyabrın 13-də özündən əlavə Misir, Türkiyə və Qətər liderlərinin imzaladığı 20 maddəlik Qəzzada sülh planının bir maddəsində HƏMAS-ın tərk silah olması nəzərdə tutulur.
HƏMAS liderləri sülh planında əsas maddələrdən atəşkəsə və əsir mübadiləsinə razılaşıblar. Lakin onlar dəfələrlə bildirib ki, Fələstin dövləti qurulmayana qədər tərk-silah olmayacaqlar.
Oktyabrın 13-də HƏMAS qruplaşması 2 ildən çox əsirlikdə saxladığı 20 israillini azad edib.
Eyni zamanda, İsrail də 2023-cü ilin oktyabrında Qəzzada əsir götürdüyü 1,718 fələstinlini azad edib.
HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi “Aksa Tufanı” hücumlarında əksəriyyəti mülki şəxs olmaqla təxminən 1200 nəfəri öldürmüş və 250 nəfəri girov götürmüşdü.
İsrail bu hücumdan sonra Qəzzada genişmiqyaslı əməliyyat başlatmışdı.
Qəzzada səhiyyə rəsmilərinin məlumatına görə, iki illik müharibə zamanı təxminən 67 mindən çox fələstinli, o cümlədən təxminən 20 min uşaq öldürülüb.
Birləşmiş Millətlər Təşkilatının tərkibində fəaliyyət göstərən araşdırma komissiyası isə sentyabr ayında İsrailin Qəzzada fələstinlilərə qarşı “soyqırımı” törətdiyi qənaətinə gəlib.
İsrail isə bu ittihamları rədd edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: president.az
Mirzoyan erməni məhbusların məsələsini azərbaycanlı həmkarları ilə müzakirə etdiyini deyir
Foto: Ermənistan XİN
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır