Mirzoyan erməni məhbusların məsələsini azərbaycanlı həmkarları ilə müzakirə etdiyini deyir
Foto: Ermənistan XİN
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində azərbaycanlı həmkarları ilə Azərbaycanda həbsdə olan erməniləri müzakirə etdiyini deyib.
O, bunu oktyabrın 14-də Finlandiya xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
"Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza Sülh Sammiti çərçivəsində bu məsələni Azərbaycandan olan tərəfdaşlarımızla yenidən müzakirə etdik", - o deyib.
Nazir yaxın gələcəkdə bu məsələ ilə bağlı "yaxşı xəbərlərin olacağına" ümid etdiyini bildirib.
A.Mirzoyan oktyabrın 13-də sammitdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla ayaqüstü görüşüb. Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib.
Rəsmi məlumatlara görə, Bakıda 23 erməni məhbus saxlanılır. Onların əksəriyyəti Qarabağda keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdir və səkkiz aydır məhkəmə prosesləri davam edir. Onlar terrorizm, soyqırımı, hakimiyyəti ələ keçirməyə cəhd və bir sıra müharibə cinayətlərində ittiham olunurlar.
Avqustun 8-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
Həmin gün Ağ Evdə ABŞ prezidenti Donald Tramp Əliyev və Paşinyanı qəbul edib və onlar birlikdə sülh bəyanatını imzalayıblar.
Trampla ikili görüşündə Paşinyan Azərbaycanda həbsdə olan ermənilərin məsələsini qaldırıb. O isə Əliyevdən onları azad etməyi xahiş edəcəyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Maryam Nikuradze
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır