Siyasət

Vəkil: “Anar Məmmədlini müalicə etmirlər”

3 Fevral, 2025
19

jam-news

Həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin səhhətinin pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir.

Bunu Vəkil Elçin Sadıqov ona Bakı İstintaq Təcridxanasında baş çəkdikdən sonra bildirib (“Turan”).

“Son vaxtlar Məmmədlidə güclü başgicəllənmələr başlayıb. Səhhətindəki ciddi geriləməyə baxmayaraq, onu lazımi səviyyədə müalicə etmirlər”, vəkil deyib.

Penitensiar Xidmət hələlik məsələyə münasibət bildirməyib.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Aprelin 30-da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham olunub.

Noyabrın 20-də məhkəmə Məmmədlinin həbs müddətini daha 3 ay uzadıb.

O, ittihamları rədd edir və təqsirsiz olduğunu bildirir.

Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.

Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bəyan edirlər.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini, bütün fundamental hüquq və azadlıqların təmin edildiyini bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Müsavat Partiyası Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətinə görə narahatdır

3 Fevral 2025

Ələsgər Məmmədli/şəxsi arxiv

Fevralın 3-də keçirilən Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında siyasi məhbuslar məsələsi gündəmə gətirilib. "Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", partiyadan deyilib. Məlumatda siyasi motivlərlə həbs olunmuş şəxslərdən bəzilərinin, o cümlədən ictimai fəallar Anar Məmmədli və Ələsgər Məmmədlinin səhhətində problemlərin yaranması ilə bağlı narahatlıq ifadə olunub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən “Turan”a deyilib ki, məhbuslara qarşı təzyiq göstərilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. “Saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı münasibətlər qanunvericilik normalarına və daxili nizamnamə qaydalarına uyğun qurulur, hər hansı ayrı-seçkiliyə yol verilmir”, Penitensiar Xidmətdən qeyd olunub. Hüquq müdafiəçiləri...
Siyasət

“Həbsdəki araşdırmaçı Hafiz Babalının “Qafqazinfo”ya qarşı qaldırdığı iddiaya baxılması yubanır”

3 Fevral 2025

Toplum TV

“Abzas Media işi” üzrə həbs edilmiş araşdırmaçı jurnalsitin Hafiz Babalının “Qafqazinfo.az” saytına qarşı qaldırdığı iddiasına baxılması yubadılır (“Turan”). İddia adıçəkilən saytda 28 dekabr 2023-cü ildə dərc edilmiş "Hafiz Babalının işi üzrə yeni detallar" adlı yazı ilə bağlı qaldırılıb.  Yazıda araşdırmaçı jurnalistin şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatların getdiyi bildirilir.  "Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb", məqalədə iddia olunur. Bu iddiaları rədd edən Babalı araşdırmaların onun jurnalist fəaliyyətinin bir hissəsi olduğunu qeyd edir. Bundan əlavə, heç kimin onun aşdırmaları ilə bağlı irad bildirmədiyini,...

Seçilmiş Videolar

Toplum TV loqo