Sosial

Astarada qadına şiddət iddiası: qohumları və polis təkzib edir 

24 Aprel, 2021
4245

Sosial Media

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Zaminə Babayeva oğlu və qayınları tərəfindən evindən qovulduğunu iddia edir. 

2002-ci ildə həyat yoldaşını itirən qadın 2019-cu ildə oğlu və gəlini ilə yola getmədiyi üçün evi tərk etdiyini deyir. Z.Babayevanın sözlərinə görə, qayınları onu öz evlərində məcburi fiziki işdə işlədib, oğlu isə ona qarşı zorakı davranıb.

Məhkəmə 2020-ci il martın 16-da qayınları Səftar, Seymur, Sarvan Əhədovların və oğlu Ruslan Seyfullazadənin Z.Babayevaya öz evində yaşaması üçün yaratdıqları əngəlləri aradan qaldırmaq barədə qərar çıxarıb.

Toplum.TV

Qadının iddiasına görə, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə qayıtdığında evin boşaldıldığını, bütün otaqların qapısının kilidli olduğunu görüb. Ona ancaq elektrik xətti çəkilməmiş otaqda yaşamağa icazə veriblər. Z.Babayeva deyir ki, daha əvvəl yaşadığı otağı istədikdə, şiddətə məruz qalaraq həyətdən qovulub.

Məsələni aydınlaşdırmaq üçün “Toplum TV” Zaminə Babayevanın qaynı Seymur Əhədovla danışıb. O, 2019-cu ildə tez-tez yaşanan anlaşılmazlıqlar ucbatından qardaşı arvadının evi tərk edib Bakıya, qohumlarının yanına yollandığını, ardınca gedib onu şəxsi avtomobili ilə geri, Astaraya gətirdiyini bildirir. 

“Dekabrın son günlərində təkrar Bakıya getdi və bu dəfə mən onu qaytarmadım. Qısa bir müddət sonra məhkəmədən məktub gəldi. Zaminənin evdən getmə səbəbi gəlini və oğlu ilə yola getməməsi idi. Biz yeni qurulan ailənin dağılmasını istəmədiyimiz üçün belə etdik. Zaminəyə heç bir şiddət göstərilməyib”.

Zaminə Babayeva şiddətə məruz qaldığını deyir - Toplum.TV
Toplum.TV
Caption

Hazırda mübahisəli evdə Zaminə Babayevanın oğlu və gəlini qalır.

Sonuncu dəfə 2021-ci il martın 17-də evə qaytarılan Zəminə Babayeva orda qala bilmədiyini, oğlunun və qaynının ona evin istədiyi hissəsini vermədiyini və təhdid olunduğunu söyləyir. Şikayətçinin iddiasına görə, oğlu Ruslan Seyfullazadə psixoloji problemlərlə bağlı tibbi arayışı olduğunu və onu öldürəcəyini bildirib. 
Seymur Əhədov həmin hadisənin şahidi olmadığını, məhkəmə qərarı ilə evinə qayıdan Zaminə Babayevanı ordan heç kimin qovmadığını, qadının bütün mülkün bölünməsini istədiyini və şəraitdən narazı qaldığı üçün öz istəyi ilə evi tərk etdiyini deyir: “Biz rəhmətə gedən qardaşımızın yoldaşını niyə evdən qovaq? Nəinki onu, heç heyvanı da küçəyə atmarıq. Hadisə yaşanan zaman icra nümayəndələri mənimlə əlaqə saxladı və Zaminənin bütün mülkü, ev heyvanlarını bölərək orda qalmaq istədiyini söylədi. Mən isə onun sadəcə məhkəmənin qərarını yerinə yetirməli olduğunu dedim. Məhkəmə qərarında Zaminənin qaytarılması yazılmışdı, mülkü bölmək yox. Sonra mən həmin qərardan apellyasiya şikayəti verdim, çünkü bizim müdaxiləmiz olmadığı halda, məhkəmə qərarında adımız vardı”.

Seymur Əhədovun sözlərinə görə, Zaminə Babayeva yaşananlardan sonra məhkəməyə mülk iddiası ilə bağlı müraciət edib və 50.000 manat təzminat istəyib: 

“Əgər Zaminə buraya köçəcəksə və burda yaşayacaqsa, niyə mülk hesablaması edib bizdən pul tələb edir? Deməli, həm evdə yaşamaq istəyir, həm də kompensasiya almaq”. 

Ruslan Seyfullazadə - Toplum.tv

O, qardaşı arvadının evdə yaşamasına heç bir əngəl olmadığını, hətta ona öz evində yaşamağı təklif etdiyini qeyd edir. S.Əhədov Zaminə Babayevanın onlar tərəfindən fiziki işə məcbur edilməsi haqda dediklərinə belə cavab verib: “Mənim həyətimdə muzdlu işçilər işləyir, niyə rəhmətə gedən qardaşımın yoldaşını işlədim ki?” 

O, qardaşı oğluna saxta xəstəlik sənədi düzəltmədiyini vurğulayır: “O əlildir, buna baxmayaraq hərbi komissarlığa gedib hərbi xidmətə aparılmasını istəmişəm”. 
Seymur Əhədov qardaşı oğluyla anası arasında yaranan problemdən də danışıb, bu hadisənin 2019-cu ilin oktyabrında baş verdiyini, Astara polis şöbəsində altı ay araşdırılaraq cəza tədbiri görüldüyünü  söyləyib. 

“Oktyabrda Zaminənin oğlu Ruslan 50-60 kilo mandarin dərərək satıb. Buna görə Zaminə 102-ə zəng edərək həyətdə oğru olduğunu bildirib. Həyətə gələn polislər və kənd sakinləri yanında konflikt yaranıb... 

Mən ona demişəm ki, bir ana öz övladı ilə necə yaşamalıdırsa, elə davransın. Qardaşım Sarvan qızını ora gəlin verib, o qız əşya deyil”.

 

Toplum.Tv

 Astara rayonu Kijəbə qəsəbəsinin sahə müvəkkili “Toplum TV”-yə açıqlamasında deyib ki, Zaminə Babayevanın müraciətindən sonra təhqiqat bölməsində araşdırma aparılarıb, şikayət ictimai təhlükəsizlik bölməsinə yönəldilib və qanun çərçəvəsində tədbir görülüb: “Məhkəmə qətnaməsinin icrası icraçılara aiddir. Biz də onlarla birlikdə gedərək icra prosesində iştirak etmişik. Evin qapısı açılıb, Zəminə Babayevaya yaşayış sahəsi ayrılıb. Daha sonra əmlak bölgüsü etmək istədilər, lakin biz yenidən məhkəməyə büraciət etməli olduğunu, məhkəmə qərarı olmadan evi bölə bilməyəcəyimizi dedik”.

Sahə müvəkkili Z.Babayevaya qarşı hər hansı şiddət faktına şahid olmadığını söyləyib.

Z.Babayevanın oğluyla əlaqə saxlamaq mümkün olmayıb.

Şahbala Şabaladov


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo