Sosial

Məişət zorakılığına yol verənlər cinayət məsuliyyətinə cəlb oluna bilər

19 May, 2022
2166

açıq mənbədən götürülüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı ilə birgə Cinayət Məcəlləsinə dəyişiklik və məişət zorakılığına yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunvericilik təklifləri hazırlayıb.

"Report”un xəbərinə görə, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, deyib ki, komitə tərəfindən qurbanların təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə orderləri ilə bağlı təkliflər formalaşdırılıb.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qüvvəyə minməsi və bu qanunun tətbiqi ilə əlaqədar qəbul olunmuş digər normativ-hüquqi aktlara uyğun olaraq Azərbaycanın müvafiq qnunvericilik aktlarında müvafiq əlavələr və dəyişikliklərin edilməsi, həmçinin digər normativ hüquqi aktların bu qanunun tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Cinayət əməli sayılmayan məişət zorakılıqlarının qarşısının alınması üçün Azərbaycan İnzibati Xətalar Məcəlləsinə 38-2. Maddəsi əlavə edilib. Maddədə məişət zəmnində iqtisadı xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə görə məsuliyyət nəzərdə tutulur. Həmin maddədə “məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə” də inzibati məsuliyyət müəyyən edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo