Toplum.TV
Binəqədi göllərindən Masazır gölünə axan kanalizasiya suyunun qarşısını kəsmək üçün ekoaktivistlərin qurduqları bənd yenidən dağıdılıb.
Məsuliyyəti bir-birinin üstünə atan dövlət qurumları problemi uzun müddət həll etmədiklərinə görə bəndi bir qrup ekoaktivist dekabrın 9-da öz şəxsi imkanları hesabına bərpa etmişdi.
Onların iddiasına görə, bənd “Azərduz”un kommersiya maraqları səbəbindən dağıdılıb.

Bənd bərpa edildikdən sonra
“Toplum TV” "Azərduz” zavodunun sahibi "Azərsun Holdinq”lə dəfələrlə əlaqə saxlamağa çalışsa da, qurumdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Təbiətsevərlər hazırda ikiqat narahatdırlar - həm vətəndaşların istifadə etdiyi duzun tərkibinə, həm də göl ekoloji terrora məruz qaldığına görə.
Ekoaktivist C.Qara bildirir ki, Binəqədi göllərindən Masazır gölünə axıdılan su tərkibinə görə şirindir və duz gölünün hidroloji quruluşunu dəyişir: "Bu, gölə qarşı ekoloji terrordur”.

Relikt mənşəli Masazır gölü Xəzər dənizinin qalığı hesab olunur. Bir neçə il əvvələ qədər insanlar müalicə məqsədilə - duzlu suya girmək və oradakı havayla nəfəs almaq üçün yay mövsümündə bura gəliblər. Ancaq gölün yaxınlığında "Azərduz” zavodu inşa edilfikdən sonra əraziyə giriş qadağan olunub.
Binəqədi gölü isə qrunt və kanalizasiya suları hesabına əmələ gəlib. Zamanla ərazidə qamışlıq da yaranıb, orda quşlar yaşayır, göldə isə balıqlar var. Hazırda Masazır gölünə axdığı üçün gölün suyu ciddi şəkildə azalıb.
Problemin həlində maraqlı olan bir qrup təbiətsevər çıxış yolunu “Azərduz”un mallarını boykot etməkdə görür.
Daha ətraflı bu yazıda: Kanalizasiya suyu axıdılan göllər, çirkablı sudan duz çıxaran “Azərsun” və məsuliyyətini danan İcra Hakimiyyəti
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
president.az
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib
Sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib