xeberıler.az
Ötən həftə Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda həyatını itirən hər 3 nəfərdən ikisinin ölüm səbəbi ürək-damar xəstəlikləridir. O qeyd edib ki, bölgələr üzrə ölüm səbəbləri fərqli ola bilər və buna diqqət yetirmək çox vacibdir.
Amma bunun üçün lazım olan əsas məlumat bazası – rayonlar üzrə səhiyyə xəritəsi yoxdur. Halbuki bu statistika Səhiyyə Nazirliyində var.
Ölkə və regionlar üzrə ölüm səbəbləri
Rəsmi statistikaya əsasən, təxminən son 30 ilin (1995-2023-cü illər) ölüm səbəblərində xeyli dəyişiklik müşahidə edilir. Məsələn, 1995-ci ildə ölkə üzrə ölüm hallarının 9,5 faizi yenitörəmələrin payına düşürdüsə, 2023-cü ildə həmin göstərici 17 faizə yaxın olub. Bu dövrdə tənəffüs sisteminin xəstəliklərində ölümlərin xüsusi çəkisi 13 faizdən 2,5 faizə enib, qan dövranı xəstəliklərinin payı 50 faizdən 55 faizə yüksəlib.
Təəssüf ki, rəsmi statistika bölgələr üzrə ölüm səbəblərilə bağlı geniş məlumatlar açıqlamır. Mövcud hesabatlarda ölkə üzrə göstəricidən əlavə, Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası üzrə məlumatlar, yerdə qalan bölgələr üzrə isə ümumiləşdirilmiş göstəricilər açıqlanır. Həmin hesabata görə, 1995-2023-cü illərdə qan dövranı sistemi xəstəliklərinə görə həyatını itirənlərin ümumi ölümlərdə payı Bakı şəhərində 63 faizdən 53 faizə endiyi halda, Naxçıvanda 42 faizdən 53 faizə, digər bölgələrdə 46 faizdən 56 faizə yüksəlib. Öz növbəsində ümumi ölümlərdə qan dövranı sistemi xəstəliklərinin xüsusi çəkisi şəhər yerlərində 57 faizdən 53 faizə endiyi halda, kəndlərdə 44 faizdən 58 faizə yüksəlib.
Bəs bölgələr üzrə xəstəlik statistikası necədir?
Ölüm statiskasından fərqli olaraq xəstəliklərlə bağlı bütün bölgələrin məlumatları açıqdır. Hesabata görə, 2023-cü ildə əhalinin hər 100 min nəfərinə düşən vərəm sayının ən yüksək olduğu rayonlar Xızı (78 nəfər), Naftalan (46 nəfər), Balakən (46 nəfər), Siyəzən (43 nəfər) və Xaçmaz (41 nəfər) olub. Viruslu hepatitlərin ən yüksək olduğu rayonlar Yevlax (26 nəfər), Bərdə (25 nəfər), Mingəçevir (14 nəfər), Naxçıvan (14 nəfər) və Naftalan (12 nəfər); bruselyoz virusunun ən yüksək olduğu rayonlar Şəmkir (21 nəfər), Daşkəsən (21 nəfər), Samux (14 nəfər), Gədəbəy (14 nəfər) və Qax (7 nəfər); yenitörəmələrin ən yüksək olduğu rayonlar Naftalan (72 nəfər), Mingəçevir (27 nəfər), Zərdab (24 nəfər), Balakən (23 nəfər) və Biləsuvar (23 nəfər) olub.
Rəsmi hesabatlardan görünür ki, ölüm səviyyəsinə görə də rayonlar bir-birindən xeyli fərqlənir. 2023-cü ildə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi ölkə üzrə 6,1 nəfər təşkil etdiyi halda, ən yüksək göstəricinin qeydə alındığı rayonlar Gədəbəy (7,9) Ağstafa (7,8 nəfər), Qazax (7,5 nəfər) Daşkəsən (7,5 nəfər) və Goranboy (7,4 nəfər) olub. Maraqlıdır ki, ölüm göstəricisinin ən yüksək olduğu rayonların hamısı ölkənin qərb bölgəsinə aiddir. Bu rayonlar üzrə ölüm səviyyəsi ölkə üçün ən aşağı göstəricidən (məsələn, Qəbələ rayonu üzrə hər 1000 nəfərə düşən ölüm göstəricisi 5,1 nəfərdir) orta hesabla 40-45 faiz yüksəkdir.
Erkən yaşda ölümün ən yüksək səviyyəsi Şamaxıda, qocalıq yaşlarında ölümün ən yüksək səviyyəsi Gədəbəydə qeydə alınıb
Yaş struktuna görə əhalinin ölüm göstəricilərini analiz edəndə 4 yaş qrupunu bir-birindən fərlqəndirmək lazımdır: erkən yaşda ölüm (15 yaşadək), əmək qabiliyyətli yaşda ölüm (15-65 yaş), erkən qocalıqda ölüm (65-74 yaş) və ahıl yaşda ölüm (75 yaş və yuxarı).
Ən son statistikaya görə, Azərbaycanda bütün ölümlərin 4,9 faizi 15 yaşadək baş verib. Lakin bölgələr üzrə bu göstərici fərqlidir. Ən yüksək göstəricilər Şamaxı (11%), Saatlı (8%), Lənkəran (7,5%), Kürdəmir (7,5%) və Şirvanda (7%), ən aşağı göstəricilər Naftalan (1,7%), Gədəbəy (2,8%), Neftçala (3%), İsmayıllı (3%), Sumqayıt (3,3%) və Qusarda (3,4%) olub.
Ölkə üzrə bütün ölümlərin 37 faizi əmək qabiliyyətli yaşda (15-64) baş verib. Bögələr üzrə ən yüksək göstəricilər Şabran (44%), Daşkəsən (43%), Abşeron (43%), Samux (42%) və Hacıqabulda (42%), ən aşağı göstəricilər Gədəbəy (27%), Yardımlı (28%), Zərdab (31%), Şamaxı (32%) və Şəkidə (33%) olub.
Ölkə üzrə bütün ölümlərin 33 faizi ahıl yaşda (75 yaş və yuxarı) baş verib. Bölgələr üzrə ən yüksək göstərici Gədəbəy (50,5%), Yardımlı (46%), Zərdab (43%), İsmayıllı (40%) və Lerikdə (40%), ən aşağı göstərici isə Naftalan (23%), Abşeron (24%), Mingəçevir (24%), Xızı (25%) və Sumqayıtda (28%) qeydə alınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
axar.az
Toplum TV
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?