Dünya

İsrail hökuməti və "İslami Cihad" razılığa gəldi

8 Avqust, 2022
2072

ndtvimg.com

İsrail hökuməti və "İslami Cihad" radikal qruplaşmasının nümayəndələri atəşkəs haqqında razılığa gəliblər.  

"Frans Press" agentliyi qrupun yüksək rütbəli üzvünün bəyanatına istinad edərək, razılaşma haqqında məlumat verib.   
 
Bildirilib ki, Misir sülh danışıqlarında vasitəçi rolunu oynayıb.  
 
Hələki tərəflər müqavilənin hansı şərtlərlə imzalandığını açıqlamayıblar. 

https://toplum.tv/dunya/kremlin-yeni-tebligat-vesaiti-rusiya-edaletli-ve-tehlukesiz-dunya-duzeni-qurur
 
Avqustun 5-də İsrail Müdafiə Qüvvələri “Sübh” əməliyyatına başladığını elan edib. Bu əməliyyat zamanı Qəzza zolağındakı hədəflərə bir neçə raket zərbəsi endirib. İsrail “İslami Cihad”ın iki komandiri, Taysir əl-Cəbari və Xalid Mənsurun zərbələr nəticəsində öldürüldüyünü iddia edir. 
 
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlarda 11-i uşaq olmaqla 36 nəfər ölüb. İsrail ordusu isə deyir ki, ölənlərin əksəriyyəti “İslami Cihad”ın hərbi qanadının üzvləridir. Qurbanlardan bəziləri isə Fələstindən endirilən cavab raket hücumları nəticəsində həlak olub. 
 
Zərbələr zamanı bir neçə israillinin yaralandığı bildirilir. 

İsrailin Baş naziri Yair Lapid avqustun 7-də Qəzza zolağında həyata keçirilən “Sübh” əməliyyatının bütün məqsədlərinə nail olunduğunu bildirib.  
 
"Əl-Cəzirə" kanalı iddia edib ki, sülh müqaviləsini imzalamaq üçün “İslami Cihad” İsraildən Yəhudeya və Samariyada terror fəaliyyətləri ittihamı ilə həbs edilən onlarla adamı dərhal azad etməyi tələb edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo