Dünya

Əraqçı: "İsrailin görüşlərimiz haqda məlumatlı olması təhlükəsizlik boşluğuna işarədir"

23 İyul, 2026
121

mfa.gov.ir

İranın xarici işlər naziri Seyid Abbas Əraqçı bu ilin əvvəlində keçmiş ali lider Seyid Əli Xameneinin ölümünə səbəb olan hücum zamanı özünün də həmin məkanda olduğunu deyib. 

İranlı jurnalist Cavad Moquyiyə danışan nazirin sözlərinə görə, hücum zamanı özü də dağıntılar altında qalıb. O xatırlayıb ki, ali liderin aparat rəhbərinin müavini Əli Əsgar Hicaziyə məruzə etmək üçün həmin iqamətgahda olub. 

"Partlayışdan sonra tavan, divarlar və hər şey üstümüzə çökdü. Mən cənab Hicazinin əlindən tutdum və kömək çağırışlarını eşidə-eşidə tirlər və taxta parçalarının arasından keçərək çıxmağa çalışdıq. Hər şey dağılmışdı. Nəhayət, bayıra çıxdıq və gördüm ki, kompleksin müxtəlif hissələri hədəfə alınıb", - o deyib. 

Əraqçınin xidməti avtomobili də zərbə aldığı üçün yoldan keçən bir nəfərin köməyi ilə özünü Xarici İşlər Nazirliyinə çatdırıb. O, növbəti üç gün ərzində digər administrasiya rəsmiləri ilə əlaqə saxlaya bilmədiyini söyləyib. 

Əraqçı bildirib ki, İran belə bir hücuma əvvəlcədən hazır idi və ali lider hədəf alınacağı təqdirdə strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bağlamaq üçün artıq plan hazırlanmışdı. 

Nazir İsrail və ABŞ-nin Xameneinin və digər yüksək vəzifəli rəsmilərin olduğu yer barədə dəqiq kəşfiyyat məlumatları olduğunu təsdiqləyib. 

"Bu, ehtimal ki, hələ də mövcud olan təhlükəsizlik boşluğuna işarə edir. Bu problem aradan qaldırılmalıdır", - o əlavə edib. 

Əraqçı yeni ali lider Müctəba Xamenei ilə hələ də görüşmədiyini deyib, lakin onun təyinatının "dünyaya rejimin siyasətində dəyişiklik olmayacağı barədə vacib mesaj verdiyini" bildirib. 

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. Apreldə Pakistanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunsa da, anlaşma memorandumu yalnız ötən ay imzalanıb. 

İyulun 8-də isə ABŞ yenidən İrana zərbələr endirməyə davam edib. İran da cavab olaraq Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına dron hücumları edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo