Sosial

Nazir dərsliklərdə məzmundan şikayət edir, bəs nə qədər haqlıdır?

15 İyul, 2026
247

edu.gov.az

“Dərslik çap ediləndən sonra kimsə çay içəndə orada hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi qələmə verirsə, mən bunu əhəmiyyətli hesab etmirəm”.

Elm və təhsil naziri Emin Əmrullayev bu sözləri ötən ay yerli mətbuata müsahibəsində deyib. Buna baxmayaraq, o, məktəb dərsliklərində ciddi məzmun problemlərinin olduğunu da etiraf edib. 

“Dərslikdə hansısa mövzu, ümumiyyətlə, yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik?”, - o sual edib. 

Fizika, təbiət, həyat bilgisi kimi dərsliklərin hazırlanmasında iştirak etmiş təhsil eksperti Yalçın İslamzadə “Toplum TV”-yə deyir ki, nazir, çox güman ki, humanitar fənlər üzrə dərslikləri nəzərdə tutur. 

“Çünki təbiət elmlərinin məzmunu dünya miqyasında demək olar ki, razılaşdırılmış məzmundur. Fizika, kimya, biologiya, astronomiya və coğrafiya kimi təbiət elmləri obyektiv olduqları üçün mütəxəssislər arasında məzmunun seçilməsinə dair ciddi mübahisə yaranmır. Yaransa belə, müəyyən obyektiv kriteriyalarla tezliklə anlaşmaq mümkündür”, - o qeyd edib. 

Ekspert tarix fənnini misal çəkərək deyir ki, bu dərsliklərdə tənqidi təfəkkürün inkişafına, tarixi hadisələr arasında səbəb-nəticə əlaqəsinə yer verilmir. 

Sürix Universitetinin araşdırmaçısı Mirkamran Hüseynli düşünür ki, müstəqillik dövründə Azərbaycanda istər tarix, istər digər sahələrdə bilik istehsalına yer ayrılmadığına görə, dərsliklər kasaddır. 

“Dərsliklərdə mövcud olan biliklərin çox hissəsi isə sovetdən qalma ədəbiyyatlardır ki, onları saxlayıblar. Tək fərqi odur ki, sovet dövründə, xüsusilə tarix kitablarında, ideoloji xətt xalqların qardaşlığı üzərində qurulmuşdu. Müstəqillikdən sonra isə əsas tezislər düşmənçilik tezisləridir”, - o deyib. 

Araşdırmaçı Britaniyanı nümunə gətirərək deyir ki, bu ölkədə tarix kurikulumu ana mənbələr əsasında hazırlanır və şagirdlərdən analitik olmaq tələb olunur. O, müqayisə üçün əlavə edir ki, Azərbaycanda ikinci dərəcəli mənbələrə yer verilir və əzbərçilik təbliğ olunur. 

Bəs yeni dərsliklər hazırlanarkən nazirlik, yoxsa müəlliflər əsas söz sahibi olur? 

Yalçın İslamzadə deyir ki, mövzuların dərslikdə saxlanılması və ya çıxarılması nazirlik və digər qurumların ekspertləri ilə müzakirə olunur və yekdil qərar verilir. Lakin o etiraf edir ki, bu məsələdə çətinliklər də qalır. 

“Əsas çətinlik ondan ibarətdir ki, təhsil icmasının dərsliklərə qoyulan müasir tələblərə dair uzlaşmaları yoxdur. Bir çox mütəxəssis hələ də məzmunun akademik səviyyədə və xeyli nəzəri verilməsinə tərəfdardır. Yeni yanaşmada isə orta məktəb məzmunu üçün qatı akademik doğruluq deyil, materialın yaş səviyyəsinə uyğun təqdim olunması qəbul edilib. Əsas anlaşmazlıq bu mövzuda yaranır. Məncə, təhsil icması müasir tədrisin və tədris materiallarının mahiyyətinin necə olmasına dair müzakirə aparıb, konsensusa gəlməlidirlər. Bu halda daha effektiv nəticə alınar”, - o bildirib. 

Emin Əmrullayev müsahibəsində həm də ictimaiyyətə çağırış edərək dərsliklər haqda rəy vermələrini istəyib. Mirkamran Hüseynli isə bu cür çağırışların, əsasən, formallıq xarakteri daşıdığını düşünür. Onun sözlərinə görə, indiyədək məktəb müəllimləri dərsliklərlə bağlı rəylər versə də, bu rəylərin nəzərə alınması hallarına şahid olmayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo