Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul, 2026
92

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib.

Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib.

Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyinin məlumatına görə, İranın hücumu nəticəsində elektrik istehsalı və suyun duzsuzlaşdırılması müəssisələrindən biri zərər görüb. Bildirilib ki, hücumdan sonra obyektdə yanğın baş verib.
Məlumatlarda həmçinin İranın hücumları zamanı Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən "Kral Fəhd" körpüsünün də vurulduğu qeyd olunur.

İran Səhiyyə Nazirliyinin məlumatına əsasən, iyul ayında ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 35 nəfər həlak olub. İyulun 17-də İran rəsmiləri son hava hücumları nəticəsində ölənlərin sayının 38-ə çatdığını, 400-dən çox şəxsin isə yaralandığını açıqlayıblar.

ABŞ tərəfi də hərbi itkilərlə bağlı məlumat yayıb. Bildirilib ki, münaqişənin başlanmasından indiyədək ABŞ Silahlı Qüvvələrinin 14 hərbçisi həlak olub, 400-dən çox hərbçi yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo