Dünya

ABŞ-də 37 yaşlı qadın miqrasiya polisi tərəfindən güllələnərək öldürülüb

8 Yanvar, 2026
366

Foto: sosial media

ABŞ-nin Minneapolis şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşı bir qadını güllələyib. Federal hakimiyyət orqanları hadisənin özünümüdafiə aktı olduğunu bildirir. Onların iddiasına görə, qadın avtomobillə xitmət əməkdaşını vurmağa cəhd edib.

Həlak olan şəxs 37 yaşlı Rene Nikol Quddur. O, ABŞ vətəndaşı idi və altı yaşlı övladı var. Qud sosial şəbəkə hesablarında özünü “şairə və yazıçı, həyat yoldaşı və ana” kimi təqdim edirdi.

Sosial mediada yayımlanan hadisə videolarında İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşının yolun ortasında dayanmış avtomobilə yaxınlaşdığı, sürücüdən qapını açmağı tələb etdiyi və qapının dəstəyindən tutduğu görünür. 

Bundan sonra avtomobil irəli hərəkət etməyə başlayır. Avtomobilin qarşısında dayanan digər əməkdaş silahını çıxararaq yaxın məsafədən ən azı üç dəfə avtomobilə atəş açır və geri sıçrayır. Videodan avtomobilin zabitlə toqquşub-toqquşmadığı aydın görünmür. Daha sonra avtomobil böyük sürətlə yol kənarında park edilmiş iki maşına çırpılır və qəfil dayanır.

ABŞ-nin Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib ki, Qud avtomobillə xidmət əməkdaşlarının yolunu kəsib və yolu açmaqdan imtina edib. “Daha sonra o, hüquq-mühafizə orqanının əməkdaşını vurmağa cəhd göstərib”, - deyə nazir qeyd edib. Noem baş verənləri “daxili terrorizm” kimi qiymətləndirib və Federal Təhqiqatlar Bürosunun (FBI) araşdırmaya başladığını açıqlayıb.

Hadisəyə ABŞ prezidenti Donald Tramp da münasibət bildirib. O, qadını “peşəkar təxribatçı” adlandıraraq, avtomobili “son dərəcə nizamsız şəkildə idarə etdiyini və müqavimət göstərdiyini”, daha sonra isə “ICE əməkdaşını qəsdən vurduğunu” iddia edib. 

Minneapolis şəhərinin meri Ceykob Frey ICE əməkdaşının özünümüdafiə məqsədilə atəş açması iddiasını qəti şəkildə rədd edib. Onun sözlərinə görə, atəş açılmasını əks etdirən video bu versiya ilə birbaşa ziddiyyət təşkil edir.

“Reuters” agentliyinin yazdığına görə, atışmanın baş verdiyi ərazidə improvizə olunmuş memorial yaradılıb və bir neçə min insan toplaşıb. Trampın əleyhdarları ABŞ-nin bir sıra şəhərlərində etiraz aksiyalarına çağırıblar. Məlumata görə, insanlar 10-dan çox şəhərdə küçələrə çıxıblar.

Bundan əvvəl Daxili Təhlükəsizlik Nazirliyi Minnesota ştatında “tarixin ən böyük əməliyyatının” keçirildiyini açıqlamışdı. Əməliyyata iki min ICE əməkdaşı cəlb olunub. Kristi Noemin sözlərinə görə, son həftələr ərzində 1500 nəfər saxlanılıb. Bu tədbirlər, somalili immiqrantların da adının hallandığı genişmiqyaslı sosial müavinət fırıldağı ittihamlarından sonra həyata keçirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo