Dünya

ABŞ Rusiya-Ukrayna danışıqlarını tərk edə bilər

18 Aprel, 2025
112

Reuters

ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün aparılan danışıqları tərk edə biləcəklərini deyib. 

O, bunu aprelin 18-də Parisdə avropalı və ukraynalı diplomatlarla görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. 

“Əgər Ukraynadakı müharibəni dayandırmaq mümkün deyilsə, biz danışıqlardan çıxmalıyıq. Biz təcili surətdə, bir neçə gün içində qərar verməliyik ki, müharibəni dayandırmaq mümkündür ya yox”, - Rubio qeyd edib. 

Dövlət katibi fikrini belə əsaslandırıb ki, əvvəlki ABŞ administrasiyasının Ukraynaya verdiyi hərbi dəstəyə baxmayaraq, bu müharibənin ABŞ-a aidiyyatı yoxdur. 

“Əgər müharibəni dayandırmaq mümkün deyilsə, əgər mövqelərimiz o dərəcədə fərqlidirsə, onda düşünürəm ki, Prezident Donald Tramp artıq bu məsələni bitmiş hesab edəcəyini deyəcək”, - Rubio əlavə edib. 

Rubionun açıqlamasından bir gün əvvəl isə Ukraynanın İqtisadiyyat naziri Yulia Sviridenko ABŞ-la “İqtisadi Tərəfdaşlıq Sazişinə və Ukraynanın Yenidənqurulması üçün İnvestisiya Fondunun yaradılmasına yol açan Niyyət Memorandumu”na imza atdıqlarını xəbər vermişdi. 

Donald Tramp hələ seçki kampaniyası dövründə bildirirdi ki, Rusiya və Ukrayna arasındakı müharibəni “bir günün içində” həll edə bilər. 

Onun başçılıq etdiyi hökumət isə hələ ki, atəşkəsə nail ola bilməyib. Ukrayna tərəfi martın 11-də ABŞ-ın təklif etdiyi 30 günlük müvəqqəti atəşkəsə razı olsa da, Rusiyanın bunu rədd etməsi üzündən atəşkəs qüvvəyə minməyib. 

Aprelin 17-də Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Ukrayna ilə atəşkəsin hazırkı mərhələdə “reallıqdan uzaq” olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Zelenski: Çin Rusiyaya silah verir

18 Aprel 2025

Yurii Stefanyak

Ukrayna prezidenti Volodimir Zelenski Çini Rusiyaya silah verməkdə ittiham edib.  “İnterfaks-Ukrayna” xəbər agentliyi bildirir ki, Zelenski bunu brifinqdə deyib. “Biz nəhayət məlumat əldə etdik ki, Çin Rusiyaya silah tədarük edir. Hazırda Təhlükəsizlik Xidməti və kəşfiyyat orqanlarından barıt, artilleriya ilə bağlı ümumi məlumatlarımız var”, deyə o bildirib. Zelenski əlavə edib ki, Çin nümayəndələri silahın bir hissəsinin istehsalını Rusiya ərazisində həyata keçirirlər. Ukrayna prezident xatırladıb ki, Çin prezidenti Si Tsinpinlə söhbəti zamanı o, Rusiyaya silah satmayacağına və tədarük etməyəcəyinə söz verib:  "Amma təəssüf ki, biz indi fərqli məlumatlar görürük. Artıq Çin və Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş bu işləri təsdiqləyən faktlar var”. “Reuters”-in...
Dünya

Gürcüstan əcnəbilərin deportasiyasını sadələşdirəcək, sığınacaq qaydalarını sərtləşdirəcək

18 Aprel 2025

açıq mənbədən götürülüb

Gürcüstanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirmək və beynəlxalq mühafizənin təmin edilməsi qaydalarını təkmilləşdirmək istəyir.  Onlar bunun üçün parlamentə düzəlişlər paketi təqdim edib. Dəyişikliklərə görə, əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunacaq. İnzibati Xətalar Məcəlləsinə yeni inzibati tənbeh növü – əcnəbinin Gürcüstandan çıxarılması və əcnəbinin Gürcüstana girişinə qadağa qoyulması daxil ediləcək.  Gürcüstan ərazisində olma qaydalarını pozan əcnəbilərin cərimələri artacaq. Ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyası proseduru xeyli sadələşdiriləcək. Bundan əlavə, ölkəyə daxil olduqdan sonra 1 ay ərzində sığınacaq üçün müraciət etməyən əcnəbilərin müraciətlərinə baxılması üçün sürətləndirilmiş prosedur...

Seçilmiş Videolar

Toplum TV loqo