Gürcüstan əcnəbilərin deportasiyasını sadələşdirəcək, sığınacaq qaydalarını sərtləşdirəcək
açıq mənbədən götürülüb
Gürcüstanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirmək və beynəlxalq mühafizənin təmin edilməsi qaydalarını təkmilləşdirmək istəyir.
Onlar bunun üçün parlamentə düzəlişlər paketi təqdim edib.
Dəyişikliklərə görə, əcnəbinin Gürcüstandan çıxarılması və müəyyən müddətə Gürcüstana girişinə qadağa qoyulması ilə bağlı Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunacaq.
İnzibati Xətalar Məcəlləsinə yeni inzibati tənbeh növü – əcnəbinin Gürcüstandan çıxarılması və əcnəbinin Gürcüstana girişinə qadağa qoyulması daxil ediləcək.
Gürcüstan ərazisində olma qaydalarını pozan əcnəbilərin cərimələri artacaq.
Ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiyası proseduru xeyli sadələşdiriləcək.
Bundan əlavə, ölkəyə daxil olduqdan sonra 1 ay ərzində sığınacaq üçün müraciət etməyən əcnəbilərin müraciətlərinə baxılması üçün sürətləndirilmiş prosedur tətbiq olunacaq.
Həmçinin əgər əcnəbinin ölkəyə daxil olması dövlət təhlükəsizliyi üçün təhdid yaradarsa, sığınacaq məsələsinə Gürcüstanın dövlət sərhədində, əcnəbinin ölkə ərazisinə buraxılmadan baxılacaq. Bu, yeni bir mexanizmdir.
Sığınacaq verilməsi məsələsinə əcnəbinin ölkəyə girişi dövlət təhlükəsizliyinə təhlükə törətdiyi halda Gürcüstan sərhəddində ölkəyə buraxılmadan baxılacaq.
Departamentdən verilən məlumata görə, “Beynəlxalq müdafiə haqqında” ümumi başlıq altında sözügedən qanunvericilik dəyişiklikləri paketi Avropa Parlamenti və Şuranın direktivlərinə uyğun olaraq hazırlanıb.
Statistikaya görə, təkcə bu ilin mart ayında 97 əcnəbi ölkədən çıxarılıb.
Gürcüstanda parlamentin legitimliyi isə beşinci prezident, müxalifət və ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Yurii Stefanyak