Dünya

ABŞ və İran iki həftəlik atəşkəsə razılaşıb

8 Aprel, 2026
93

Açıq mənbə

ABŞ və İran iki həftə müddətinə atəşkəs barədə razılığa gəliblər. 

ABŞ prezidenti Donald Tramp daha öncə İrana verdiyi möhlətin başa çatmasına iki saat qalmış "Truth Social" platformasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsə razılaşdığını yazıb. 

"İran Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razı olması şərti ilə, mən İranın bombalanmasını və hücumu iki həftəlik müddətə dayandırmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq. Bunun səbəbi odur ki, biz artıq bütün hərbi məqsədlərə nail olmuş və hətta onları aşmışıq, həmçinin İranla uzunmüddətli sülh və Yaxın Şərqdə sülh üzrə yekun razılaşmaya doğru xeyli irəliləmişik", - o qeyd edib. 

Tramp İrandan 10 maddəlik təkliflər paketi aldıqlarını əlavə edib və bildirib ki, bu, "danışıqlar üzərində işləmək üçün əsas" olacaq. 

Daha sonra başqa bir paylaşımında ABŞ prezidenti aprelin 7-nin “dünyada sülh üçün böyük bir gün” olduğunu vurğulayıb və bildirib ki, İran üçün artıq “bəsdir”. O əlavə edib ki, ABŞ Hörmüz boğazında yaranan gəmi sıxlığını aradan qaldırmağa kömək edəcək və “böyük pullar qazanılacaq”.

İranın xarici işlər naziri Abbas Əraqçı Trampın açıqlamasından az sonra bəyanat yayaraq ölkəsinin atəşkəsə razılaşdığını bildirib. 

O, iki həftə ərzində Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidin İran ordusu ilə koordinasiyalı şəkildə mümkün olacağını deyib. 

Pakistan ABŞ və İranı aprelin 10-da İslamabadda  danışıqlar aparmağa dəvət edib. Tehran buna hazır olduğunu bildirib, amma Vaşinqton hələ ki dəvəti açıq şəkildə qəbul etməyib. 

Tramp "Agence France‑Presse" agentliyinə açıqlamasında deyib ki, onun fikrincə Çin İrana danışıqlara razılaşmaq üçün təsir göstərib. 

İsrail baş naziri Benyamin Netanyahu da ABŞ‑nin İranla atəşkəsini dəstəklədiyini bildirib, amma bu razılaşmaya Livandakı "Hizbullah" qruplaşmasına qarşı döyüşlərin aid olmadığını əlavə edib.

Pakistanın baş naziri Şəhbaz Şərif daha öncə demişdi ki, razılaşdırılmış atəşkəs “hər yeri, o cümlədən Livanı da əhatə edir”.

İranın dövlət mediasının açıqladığı 10 maddəlik təkliflər paketində İrana qarşı sanksiyaların qaldırılması, Hörmüz boğazına İranın nəzarət etməsi, ABŞ ordusunun Yaxın Şərqi tərk etməsi, İrana dəymiş zərərə görə təzminat ödənməsi və başqa tələblər var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp ABŞ-də doğulanlara vətəndaşlıq verməyi məhdudlaşdıran fərman imzalayıb

7 Avqust 2026

The White House

ABŞ prezidenti Donald Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi qaydalarını məhdudlaşdıran iki fərman imzalayıb. Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Fərmanlardan biri ABŞ-də doğulan, lakin vətəndaşlıq ala bilməyəcək xarici vətəndaşların uşaqlarının kateqoriyalarını müəyyən edir. Sənədə əsasən, doğumla ABŞ vətəndaşlığı ala bilməyəcək uşaqlar sırasına xarici diplomatların, səfirlik əməkdaşlarının, xarici hökumətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin uşaqları daxildir. Həmçinin valideynlərindən biri doğumla vətəndaşlıq əldə etmək məqsədilə saxta və ya kommersiya xarakterli razılaşmada iştirak edən uşaqlar, eləcə də ABŞ-də doğuş üçün surroqat ana ilə kommersiya müqaviləsi bağlayan valideynlərin uşaqları da bu kateqoriyaya aid edilir. Fərmanda ABŞ ərazisinin və ya ərazi sularının federal...
Dünya

Hüquq müdafiəçiləri: “Təkcə iyul ayında İranda azı 71 nəfər edam edilib”

7 Avqust 2026

IHRNGO

İranda 2026-cı ilin ilk yeddi ayı ərzində azı 444 nəfər edam edilib. Onlardan 71-i təkcə iyul ayında edam olunub. Bu barədə avqustun 6-da İran İnsan Haqları Təşkilatı (IHRNGO) məlumat yayıb. Təşkilatın məlumatına görə, iyul ayında edam olunanlardan 36 nəfər qətl, 26 nəfər narkotiklə bağlı cinayətlər, 8 nəfər milli təhlükəsizlik ittihamları, 1 nəfər isə zorlama ittihamı ilə ölüm cəzasına məhkum edilib. Edam olunanlar arasında 6 etirazçı da olub. Hüquq müdafiəçilərinin hesabatına əsasən, ilin əvvəlindən indiyədək edam edilənlər arasında 12 qadın, 17 xarici ölkə vətəndaşı və 80 etnik azlığın nümayəndəsi var. Həmçinin edam olunanlar arasında 28 etirazçı (26 nəfəri yanvar etirazları, 2...

Seçilmiş Videolar

Toplum TV loqo