Aİ Ombudsmanı Zelenski ilə qapalı yazışmalarına görə Avropa Komissiyasının sədrini araşdırır
Anadolu
Avropa İttifaqının Ombudsmanı Tereza Anyinyu Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə bağlı araşdırmaya başlayıb.
"Berliner Zeitung" nəşrinin məlumatına görə, araşdırmaya səbəb Avropa Komissiyasının Ukrayna prezidenti Volodimir Zelenski və digər Avropa liderlərinin iştirak etdiyi qapalı çatdakı yazışmaları açıqlamaqdan imtina etməsi olub.
Həmin çatda Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corca Meloni və Böyük Britaniyanın baş naziri Kir Starmer də yer alıblar.
Bildirilir ki, ombudsmanın araşdırması yazışmaların məzmununu deyil, Avropa Komissiyasının həmin mesajları açıqlamaqdan imtina etməklə şəffaflıq qaydalarını pozub-pozmadığını müəyyənləşdirməyə yönəlib.
Qapalı çatın mövcudluğu bu ilin yanvarında məlum olub. Bundan sonra Niderlandın "Follow the Money" araşdırmaçı nəşri yazışmalara çıxış üçün sorğu göndərsə də, rədd cavabı alıb. Avropa Komissiyası bildirib ki, həmin materialların açıqlanması Avropa İttifaqının üçüncü ölkələrlə beynəlxalq münasibətlərinə zərər vura bilər.
KİV-in məlumatına görə, yazışmalarda digər məsələlərlə yanaşı, Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla qarşılıqlı fəaliyyəti də müzakirə olunub.
Araşdırmanın bir neçə ay davam edəcəyi gözlənilir. İyulun ortalarınadək Avropa Komissiyasının nümayəndələri araşdırmanın halları ilə bağlı müzakirələr aparmaq üçün Avropa Ombudsmanının ofisinin nümayəndələri ilə görüşəcəklər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Tramp: "İranda qızlar məktəbinə hücumda kimin günahkar olduğu bəlkə heç vaxt bilinməyəcək"
AP
ua.depositphotos.com
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib