Dünya

Tramp: "İranda qızlar məktəbinə hücumda kimin günahkar olduğu bəlkə heç vaxt bilinməyəcək" 

25 İyun, 2026
98

AP

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İranla münaqişənin ilk günündə bu ölkədə qızlar məktəbinə endirilən və 100-dən çox azyaşlı qızın ölümünə səbəb olan zərbəyə görə "kimin məsuliyyət daşıdığı bəlkə də heç vaxt məlum olmayacaq".

Fevralın 28-də İranın Minab şəhərində baş tutmuş hücumda əksəriyyəti uşaqlar olmaqla azı 175 mülki şəxs həlak olub. Pentaqon hadisədən sonra məsuliyyəti öz üzərinə götürməmiş, lakin araşdırmaya başladığını açıqlamışdı. 

İyunun 24-də jurnalistlərdən birinin hadisənin istintaqı barədə verdiyi suala cavabında Tramp deyib ki, bu haqda heç nə bilmir. 

"Deyə bilmərəm ki, biz bunun kimin günahı olduğunu nə vaxtsa müəyyən edə biləcəyik, ya yox. Çünki həmin vaxt hər tərəfdə raketlər uçurdu və baş verənlər dəhşətli idi. Bəziləri bunun bizim raketimiz olduğunu dedi. Ola bilsin ki, bizim raketimiz deyildi. Amma mən bunun bizim raketimiz olduğuna inanmağıma səbəb olacaq heç bir dəlil görməmişəm. Məncə, bu, biz deyildik", - o bildirib. 

Martda "Reuters" agentliyinə danışan ABŞ hərbi mənbələri deyib ki, zərbə köhnə məlumatlar əsasında endirilmiş ola bilər. Belə ki, həmin məktəbin yerində vaxtilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi hissəsi olub. 

Tramp həmin vaxt heç bir dəlil gətirmədən iddia etmişdi ki, məktəbə İran özü ABŞ-ni gözdən salmaqdan ötrü hücum etmiş ola bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo