Dünya

Almaniyada Abramoviçə qarşı istintaq başladılıb

10 Fevral, 2025
32

Anthony Anex / dpa

Almaniyanın Hessen əyalətinin Baş Prokurorluğu 58 yaşlı rusiyalı oliqarx Roman Abramoviçlə bağlı xarici ticarət haqqında qanunu pozmaqda şübhəli bilərək istintaq aparır. 

Bu barədə “Spiegel” jurnalı məlumat yayıb.

Prokurorluq araşdırmaya başlayıb və biznesmenə məxsus olduğu ehtimal edilən 4 lüks avtomobilin üzərinə həbs qoyulması barədə qərar verib. 

Eyni zamanda, Cinayət İşləri üzrə Federal İdarə və Sanksiyaların İcrası üzrə Mərkəzi İdarənin təhqiqatçıları son sahibi Roman Abromoviçin olduğu düşünülən Garmiş-Partenkirxendəki (Bavariya) villalardan birində bir neçə dəfə axtarış aparıblar. Sübut kimi bir neçə sənəd əsəri müsadirə olunub.

İstintaq avtomobillərin və villanın Abramoviçə məxsus olmasından şübhələnir. İddia edilir ki,o, bu barədə Almaniya hökumətinə bildirməyib və bununla da qanunu pozub.

Oliqarxın vəkilinin sözlərinə görə, o, nə villanın, nə də avtomobillərin son sahibi deyil. 

Abramoviç təqsirli bilinərsə, onu Almaniyada bir ilə qədər həbs və ya cərimə gözləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Ukraynanın işğal olunmuş ərazilərində Rusiya pasportu almayanları deportasiya gözləyir

11 Fevral 2025

Reuters

Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin işğal olunmuş ərazilərində əhalinin pasportlaşdırılmasının başa çatdığını bəyan edib . Ukrayna Milli Müqavimət Mərkəzindən “Azadlıq” radiosuna bildiriblər ki, Rusiya qanunvericiliyinə əsasən, qondarma pasportlaşdırma başa çatdıqdan sonra Rusiya pasportu almayanlar “əcnəbi” kimi tanınacaq.  Bu o deməkdir ki, kütləvi deportasiyalar və ya digər təzyiq formaları üçün qanuni əsas alacaq. Qanunvericiliyə görə, xarici vətəndaşlar Rusiya ərazisində 90 gündən çox qala bilməz, bu müddəti keçdikdə onlar saxlanıla və zorla deportasiya edilə bilər.  2025-ci il fevralın 5-dən əcnəbilərin ölkədən çıxarılması hüququ Daxili İşlər Nazirliyinin ərazi-nəqliyyat polisi bölmələrinin rəislərinə və onların müavinlərinə, habelə miqrasiya xidmətlərinin...
Dünya

Baltikyanı ölkələr enerji sistemlərini Rusiyadan ayıraraq Avropaya qoşublar

10 Fevral 2025

president.lv

Fevralın 9-da Baltikyanı ölkələr Avropanın vahid enerji sisteminə qoşulub.  Bu, bir gün əvvəl Litva, Latviya və Estoniyanın Rusiya və Belarusun enerji sistemindən ayrılmasından sonra baş verib (VOA).  Litvanın paytaxtı Vilnüsdə Latviya, Litva və Estoniya prezidentləri, həmçinin Polşa prezidenti Anjey Duda və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin iştirakı ilə keçirilən mətbuat konfransında bildirilib ki, Baltikyanı ölkələr əvvəllər Rusiya sistemlərinə arxalansalar da, indi 400 milyondan çox istehlakçı olan Avropa şəbəkəsinə qoşulub. Avropa Komissiyasının sədri Ursula von der Leyen qeyd edib ki, bununla da Baltikyanı ölkələr "düşmən qonşuların" təhdid və şantajından xilas olublar. Polşa prezidenti Anjey Duda da öz növbəsində qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo