Ukraynanın işğal olunmuş ərazilərində Rusiya pasportu almayanları deportasiya gözləyir
Reuters
Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin işğal olunmuş ərazilərində əhalinin pasportlaşdırılmasının başa çatdığını bəyan edib .
Ukrayna Milli Müqavimət Mərkəzindən “Azadlıq” radiosuna bildiriblər ki, Rusiya qanunvericiliyinə əsasən, qondarma pasportlaşdırma başa çatdıqdan sonra Rusiya pasportu almayanlar “əcnəbi” kimi tanınacaq.
Bu o deməkdir ki, kütləvi deportasiyalar və ya digər təzyiq formaları üçün qanuni əsas alacaq.
Qanunvericiliyə görə, xarici vətəndaşlar Rusiya ərazisində 90 gündən çox qala bilməz, bu müddəti keçdikdə onlar saxlanıla və zorla deportasiya edilə bilər.
2025-ci il fevralın 5-dən əcnəbilərin ölkədən çıxarılması hüququ Daxili İşlər Nazirliyinin ərazi-nəqliyyat polisi bölmələrinin rəislərinə və onların müavinlərinə, habelə miqrasiya xidmətlərinin rəislərinə verilib.
Prezident Vladimir Putin 2023-cü ilin aprelində Ukraynanın işğal olunmuş ərazilərinin sakinləri üçün Rusiyada yaşamaq prosedurunu təsdiqləyib. Sənədə əsasən, işğal olunmuş ərazilərin “əcnəbi” və “milli təhlükəsizliyə təhlükə törədən” hesab edilən sakinləri deportasiya edilməlidir.
Melitopoldan olan Ərazilərin Strateji İnkişafı Mərkəzinin direktoru Andrey Orlovun sözlərinə görə, məcburi deportasiyalar kütləvi xarakter ala bilər. "Yenə də, bu, onların 2022-ci ildə tətbiq etdikləri maksimum filtrasiya siyasətidir".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
president.lv
Anthony Anex / dpa
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”