Anthony Anex / dpa
Almaniyanın Hessen əyalətinin Baş Prokurorluğu 58 yaşlı rusiyalı oliqarx Roman Abramoviçlə bağlı xarici ticarət haqqında qanunu pozmaqda şübhəli bilərək istintaq aparır.
Bu barədə “Spiegel” jurnalı məlumat yayıb.
Prokurorluq araşdırmaya başlayıb və biznesmenə məxsus olduğu ehtimal edilən 4 lüks avtomobilin üzərinə həbs qoyulması barədə qərar verib.
Eyni zamanda, Cinayət İşləri üzrə Federal İdarə və Sanksiyaların İcrası üzrə Mərkəzi İdarənin təhqiqatçıları son sahibi Roman Abromoviçin olduğu düşünülən Garmiş-Partenkirxendəki (Bavariya) villalardan birində bir neçə dəfə axtarış aparıblar. Sübut kimi bir neçə sənəd əsəri müsadirə olunub.
İstintaq avtomobillərin və villanın Abramoviçə məxsus olmasından şübhələnir. İddia edilir ki,o, bu barədə Almaniya hökumətinə bildirməyib və bununla da qanunu pozub.
Oliqarxın vəkilinin sözlərinə görə, o, nə villanın, nə də avtomobillərin son sahibi deyil.
Abramoviç təqsirli bilinərsə, onu Almaniyada bir ilə qədər həbs və ya cərimə gözləyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ukraynanın işğal olunmuş ərazilərində Rusiya pasportu almayanları deportasiya gözləyir
Reuters
president.lv
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”