Dünya

Almaniyadan Tacikistana göndərilən müxalifət fəalı ölkəyə çatan kimi saxlanılıb

23 İyun, 2026
30

Sosial media

Almaniya tacikistanlı müxalifət fəalı Əsədullo Boboyevi deportasiya edib. Bu barədə “Azadlıq Radiosu”nun tacik xidməti məlumat yayıb.

Məlumata görə, Boboyev və onun 19 yaşlı oğlu 2026-cı il iyunun 8-də Almaniyanın Kleve rayonunda saxlanılıblar. Onlara iyulun 1-dək Almaniyada qalmaq hüquqlarını əsaslandırmaq üçün vaxt verilsə də, müdafiə tərəfinin Tacikistanda təqib və işgəncə riski ilə bağlı təqdim etdiyi sənədlərə baxmayaraq, məhkəmə onların deportasiyasına qərar verib.

Fəalın deportasiya edildiyini Avropada fəaliyyət göstərən “Tacikistanın İslahatları və İnkişafı” müxalifət hərəkatının rəhbəri Şərofiddin Qadoyev də təsdiqləyib.

“Vəkilimiz vasitəsilə Almaniya məhkəməsinə Əsədullo Boboyevin Tacikistanda təqibə, işgəncələrə və cəzalandırılmaya məruz qalacağına dair onlarla səhifəlik fakt və sübut təqdim etmişdik. Lakin bu demokratik ölkə bunları ümumiyyətlə nəzərə almadı. Yaxınlarının xəbəri olmadan həm Əsədullo, həm də oğlu deportasiya edildi”, - Qadoyev bildirib.

İyunun 20-də Boboyev həyat yoldaşına zəng edərək onun və oğlunun Münxenə aparıldığını, Düşənbəyə uçan təyyarəyə mindirilməyə hazırlaşdırıldığını deyib.

Məlumata görə, Tacikistana çatdıqdan sonra oğlu nənəsinə təhvil verilib, Əsədullo Boboyev isə istintaq təcridxanasına yerləşdirilib.

Boboyevin həyat yoldaşı və iki qızı daha əvvəl Almaniyada yaşamaq icazəsi alıblar.
Bu, Avropa ölkələrindən deportasiya olunan taciklərin Tacikistanda saxlanılması və uzunmüddətli həbs cəzalarına məhkum edilməsi ilə bağlı ilk hal deyil.

Belə ki, 2024-cü ilin noyabrında Polşadan deportasiya edilən müxalifətçi Farrux İkromov Tacikistanda 23 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin ilin iyulunda isə İsveçdən deportasiya olunan Farhod Neqmatov qadağan olunmuş “Hizb ut-Təhrir” təşkilatının fəaliyyətində iştirak ittihamı ilə 8 il həbs cəzasına məhkum olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Qəzza rəsmiləri: "Atəşkəsdən bəri 1000-dən çox sakin öldürülüb" 

23 İyun 2026

Getty Images

Qəzzada ötən ilin oktyabrında qüvvəyə minən atəşkəsdən bəri öldürülən fələstinlilərin sayının 1000-i ötdüyü bildirilir.  Qəzzanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, ötən həftə İsrail ordusunun Qəzzanın cənubunda Muvasi qaçqın düşərgəsinə açdığı atəş nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb. Atəşkəsdən bəri ölənlərin ümumi sayının 1005-ə çatdığı, onların 265-inin uşaqlar olduğu deyilir.  İsrail Müdafiə Qüvvələri (IDF) atəşin terrorçuları hədəf aldığını iddia edib. IDF bir qayda olaraq sadəcə Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının atəşkəsi pozmasına cavab verdiyini deyir. HƏMAS isə iddianı qəbul etmir.  Eyni zamanda, atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağı daxilində mövqelərini genişləndirdiyi, hazırda zolağın 65 faizinə nəzarət etdiyi bildirilir.  Qəzza rəsmiləri...
Dünya

Böyük Britaniyanın baş naziri Kir Starmer postunu tərk edir

22 İyun 2026

Açıq mənbə

Böyük Britaniyanın baş naziri Kir Starmer iyunun 22-də istefa verdiyini açıqlayıb. K. Starmer Leyboristlər Partiyasının yeni lideri seçilənədək vəzifəsində qalacağını bildirib. O, istefasının əsas səbəbi kimi partiya daxilində formalaşan əhval-ruhiyyəni göstərib. Baş nazirin sözlərinə görə, leyboristlər növbəti seçkilərdə partiyaya rəhbərlik etmək üçün onu ən uyğun namizəd hesab edib-etmədikləri ilə bağlı mövqelərini ortaya qoyublar və o, bu mesajı nəzərə alaraq istefa vermək qərarına gəlib. K. Starmer qərarı barədə Kral III Çarlza məlumat verdiyini də qeyd edib. Onun sözlərinə görə, Leyboristlər Partiyasının yeni liderinin seçilməsi üzrə kampaniya iyulun 9-da başlayacaq, namizədlərin isə iyulun 16-dək müəyyənləşəcəyi gözlənilir. Leyboristlər Partiyası K. Starmerin rəhbərliyi altında...

Seçilmiş Videolar

Toplum TV loqo