Açıq mənbə
Böyük Britaniyanın baş naziri Kir Starmer iyunun 22-də istefa verdiyini açıqlayıb.
K. Starmer Leyboristlər Partiyasının yeni lideri seçilənədək vəzifəsində qalacağını bildirib.
O, istefasının əsas səbəbi kimi partiya daxilində formalaşan əhval-ruhiyyəni göstərib. Baş nazirin sözlərinə görə, leyboristlər növbəti seçkilərdə partiyaya rəhbərlik etmək üçün onu ən uyğun namizəd hesab edib-etmədikləri ilə bağlı mövqelərini ortaya qoyublar və o, bu mesajı nəzərə alaraq istefa vermək qərarına gəlib.
K. Starmer qərarı barədə Kral III Çarlza məlumat verdiyini də qeyd edib.
Onun sözlərinə görə, Leyboristlər Partiyasının yeni liderinin seçilməsi üzrə kampaniya iyulun 9-da başlayacaq, namizədlərin isə iyulun 16-dək müəyyənləşəcəyi gözlənilir.
Leyboristlər Partiyası K. Starmerin rəhbərliyi altında iki il əvvəl keçirilən seçkilərdə böyük qələbə qazanmışdı. Lakin son aylarda iqtisadi çətinliklər, qeyri-qanuni miqrasiya ilə bağlı artan narazılıq və bir sıra siyasi qalmaqallar fonunda partiyanın reytinqi nəzərəçarpacaq dərəcədə zəifləyib.
Müzakirələrə səbəb olan məsələlərdən biri də Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi olub. Onun Ceffri Epşteynlə əlaqələri barədə yayılan məlumatlar təyinat ətrafında geniş polemikaya yol açıb.
Siyasi şərhçilərin fikrincə, Mançesterin sabiq meri, hazırda İcmalar Palatasının üzvü olan Endi Byornem partiya liderliyi uğrunda əsas namizəd hesab olunur. O, Leyboristlər Partiyasının ən populyar siyasətçilərindən biri kimi qiymətləndirilir.
Əgər E. Byornemin rəqibi olmazsa, K. Starmer səlahiyyətlərini iyul ayında ona təhvil verə bilər. Əks halda, yeni baş nazirin sentyabrda müəyyənləşəcəyi gözlənilir.
ABŞ Prezidenti Donald Tramp da bir gün əvvəl “Truth Social” platformasında K. Starmerin istefasına münasibət bildirib.
“O, iki mühüm sahədə - miqrasiya və energetika siyasətində, xüsusilə də Şimal dənizində neft yataqlarının işlənməsi məsələsində ciddi uğursuzluğa düçar oldu. Ona uğurlar arzulayıram”, - Tramp yazıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
300 milyardlıq fond, sanksiyaların ləğvi, aktivlərin qayıdışı: İran qalib sayıla bilər?
AP
AFP
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib