Dünya

Arxasında Rusiyanın olduğu deyilən partlayışlara görə 15 nəfərə iş açılıb 

18 Sentyabr, 2025
146

Foto: Getty Images

Litvada arxasında Rusiyanın olduğu bildirilən partlayışlara görə 15 nəfərə cinayət işi açılıb. 

Litva prokurorları Almaniya, Polşa və Böyük Britaniyada bağlamaların partladılması ilə əlaqədar həmin şəxslərə qarşı terrorçuluq ittihamı irəli sürülüb.

Təqsirləndirilən şəxslərin "DHL" və "DPD" çatdırılma şirkətlərindən istifadə etməklə dörd partlayıcı maddəni kosmetik qablarda gizlədərək Vilnüsdən sözügedən ölkələrə göndərdikləri iddia olunur.

Üç bağlamanın partlaması nəticəsində ötən ilin iyul ayında Almaniya, Polşa və Böyük Britaniyada yanğınlar baş verib. Dördüncü bağlama isə texniki nasazlıq səbəbindən alışmayıb.

Litvalı istintaqçılar bildirirlər ki, bu plan Rusiya hərbi kəşfiyyat xidmətləri ilə əlaqəsi olan şəxslər tərəfindən koordinasiya olunub. 

Rusiya hələlik iddia cavab verməyib, lakin dəfələrlə onun məxfi xidmət orqanlarının Avropa ölkələrində diversiya əməliyyatlarında iştirak etməsi ilə bağlı iddiaları inkar edib.

Litvanın Baş Prokurorluğu tərəfindən yayılan açıqlamaya görə, bağlamalardakı partlayıcı qurğular elektron taymerlərlə işə salınıb. Bu taymerlər isə masaj üçün nəzərdə tutulmuş vibrasiya yastıqlarında gizlədilib.

Açıqlamada bildirilib ki, istintaq zamanı partlayıcı maddələr tapılıb və Rusiya, Litva, Latviya, Estoniya və Ukrayna vətəndaşları da daxil olmaqla 15 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan neçəsinin hazırda həbsdə olduğu isə aydın deyil.

Açıqlamada, həmçinin, qeyd olunub ki, həmin şəxslər ötən il Vilnüsdə yerləşən "Ikea" mebel mağazasına qarşı törədilmiş yanğın hücumunun da təşkilatçıları olmaqda ittiham edilirlər.

“Qeyd olunan şəxslərin çox ciddi konspirasiya qaydalarına riayət etməklə, təşkilatlanmış şəkildə hərəkət etdiyi, fərdi tapşırıqları bölüşdürdüyü müəyyən edilib,” – açıqlamada vurğulanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo