Dünya

BMT: Suriyanın bərpası yarım əsr çəkə bilər

21 Fevral, 2025
27

Getty Images

 “Hazırda 10 suriyalıdan doqquzu yoxsulluq içində yaşayır”

Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması üçün 50 ildən çox vaxt lazımdır.

BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatda belə deyilir.

Hesabatda vurğulanır ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq.

Suriyanın infrastrukturunun çox hissəsi dağıdılıb və ölkə 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Əsədin müxalifəti sıxışdırmasına görə ağır sanksiyalarla üzləşib.

BMT-nin "Suriyada münaqişənin təsiri" adlı araşdırmasına görə, hazırda hər 10 suriyalıdan doqquzu yoxsulluq içində yaşayır, dörddə biri işsizdir və ölkənin ümumi daxili məhsulu 2011-ci ildə "dəyərinin yarısından azına qədər azalıb.

BMT İnkişaf Proqramının Ərəb ölkələri üzrə regional rəhbəri Abdallah Əl Dardari deyib ki, Suriyanın “öz gələcəyinə nəzarəti bərpa etmək, xarici yardımdan asılılığı azaltmaq və möhkəm və firavan gələcəyə zəmin yaratmaq” üçün “idarəetmə islahatı”, “iqtisadi sabitləşmə” və “infrastrukturun yenidən qurulması” kimi strategiyaya ehtiyac var idi.

Suriyada müharibə 2011-ci ilin martında prezident Bəşər Əl-Əsəd əleyhinə etirazlar nəticəsində başlayıb. Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib.

BMTİP bildirib ki, müharibə dövründə təxminən 618 min nəfər həlak olub. Təxminən 113 min insan itkin düşüb və onların taleyi hələ də məlum deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Duda Zelenskiyə Trampla sakit əməkdaşlıq etməyi tövsiyə edib

21 Fevral 2025

açıq mənbədən götürülüb

Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla əməkdaşlıqda “sakit” və “konstruktiv” yanaşmanı davam etdirməyi tövsiyə edib. Bunu Duda Zelenski ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirib. “Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb. Ukrayna Prezidenti isə qeyd edib ki, onun ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşü ölkəsində davam edən müharibənin həllinə “ümidləri bərpa edir”. Bu həftə Trampla Zelenski arasında gərginlik müşahidə olunub. Tramp müharibəyə və ərazisinin bir hissəsinin işğalına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsinin...
Dünya

Reuters: ABŞ və Rusiya rəsmiləri son bir neçə aydır qeyri-rəsmi görüşlər keçirirlər

21 Fevral 2025

açıq mənbədən götürülb

Reuters üç mənbəyə istinadən xəbər verir ki, ABŞ və Rusiya rəsmiləri son bir neçə ay ərzində İsveçrədə Ukrayna ilə bağlı qeyri-rəsmi görüşlər keçirir. Agentliyin məlumatına görə, onlardan bəziləri Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra baş verib. Son görüşlərdən birinin 2025-ci il fevralın 14-dən 16-dək Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxtda keçirildiyi deyilir. İki mənbənin Reuters-ə verdiyi məlumata görə, görüşlərdə hər iki hökumətin “diplomatik və təhlükəsizlik təcrübəsi olan” qeyri-rəsmi nümayəndələri iştirak ediblər. Agentliyin mənbələri onların adlarını açıqlamaqdan imtina ediblər. Mənbənin biri D.Trampın bəzi müşavirlərinin bu görüşlərdən xəbərdar olduğunu bildirib. Görüşlərin gündəliyi, Ukrayna nümayəndələrinin iştirakı və bu görüşlərin başlama vaxtı da...

Seçilmiş Videolar

Toplum TV loqo