açıq mənbədən götürülüb
Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla əməkdaşlıqda “sakit” və “konstruktiv” yanaşmanı davam etdirməyi tövsiyə edib.
Bunu Duda Zelenski ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirib.
“Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb.
Ukrayna Prezidenti isə qeyd edib ki, onun ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşü ölkəsində davam edən müharibənin həllinə “ümidləri bərpa edir”.
Bu həftə Trampla Zelenski arasında gərginlik müşahidə olunub.
Tramp müharibəyə və ərazisinin bir hissəsinin işğalına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsinin tərəfdarı olduğunu deyərək, Zelenskinin ukraynalılar arasında dəstəyinin “dörd faizə düşdüyünü” iddia etmişdi.
Zelenski Trampın sözlərinə belə cavab verib: "Bu gün mənə inam 57% təşkil edir. Əgər kimsə indi məni əvəzləmək istəsə, bu, alınmayacaq”. O , Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğuya istinadla qeyd edib ki , ona görə ukraynalıların 57%-i ona inanır, 37%-i isə inanmır.
O, 4%-lik reytinqi ilə bağlı sözləri “dezinformasiya” adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Getty Images
Reuters: ABŞ və Rusiya rəsmiləri son bir neçə aydır qeyri-rəsmi görüşlər keçirirlər
açıq mənbədən götürülb
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”