Dünya

Reuters: ABŞ və Rusiya rəsmiləri son bir neçə aydır qeyri-rəsmi görüşlər keçirirlər

21 Fevral, 2025
26

açıq mənbədən götürülb

Reuters üç mənbəyə istinadən xəbər verir ki, ABŞ və Rusiya rəsmiləri son bir neçə ay ərzində İsveçrədə Ukrayna ilə bağlı qeyri-rəsmi görüşlər keçirir.

Agentliyin məlumatına görə, onlardan bəziləri Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra baş verib. Son görüşlərdən birinin 2025-ci il fevralın 14-dən 16-dək Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxtda keçirildiyi deyilir.

İki mənbənin Reuters-ə verdiyi məlumata görə, görüşlərdə hər iki hökumətin “diplomatik və təhlükəsizlik təcrübəsi olan” qeyri-rəsmi nümayəndələri iştirak ediblər. Agentliyin mənbələri onların adlarını açıqlamaqdan imtina ediblər. Mənbənin biri D.Trampın bəzi müşavirlərinin bu görüşlərdən xəbərdar olduğunu bildirib.

Görüşlərin gündəliyi, Ukrayna nümayəndələrinin iştirakı və bu görüşlərin başlama vaxtı da daxil olmaqla, bir çox digər detalların hələ də qaranlıq qaldığı qeyd edilir.

Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında danışıqlar baş tutub. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tərəflər Moskva və Vaşinqtondakı səfirlik işçilərinin əvvəlki sayını bərpa etmək barədə razılığa gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, onlar üç vəzifə müəyyənləşdiriblər: iki ölkə üçün səfirlərin təyin edilməsi, Ukrayna üzrə danışıqlar üçün nümayəndələrin təyin edilməsi və Rusiya ilə ABŞ arasında əməkdaşlığın “tam həcmdə” bərpasına şərait yaratmaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Duda Zelenskiyə Trampla sakit əməkdaşlıq etməyi tövsiyə edib

21 Fevral 2025

açıq mənbədən götürülüb

Polşa prezidenti Anjey Duda Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla əməkdaşlıqda “sakit” və “konstruktiv” yanaşmanı davam etdirməyi tövsiyə edib. Bunu Duda Zelenski ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirib. “Zelenski ilə telefon danışığı apardım. Ona Trampla sakit dialoqu və konstruktiv əməkdaşlığı davam etdirməyi tövsiyə etdim. ABŞ-nin dəstəyi qan tökülməsini dayandırmağın və Ukraynada sülhə nail olmağın yeganə yoludur”, - Duda vurğulayıb. Ukrayna Prezidenti isə qeyd edib ki, onun ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşü ölkəsində davam edən müharibənin həllinə “ümidləri bərpa edir”. Bu həftə Trampla Zelenski arasında gərginlik müşahidə olunub. Tramp müharibəyə və ərazisinin bir hissəsinin işğalına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsinin...
Dünya

BMT: Suriyanın bərpası yarım əsr çəkə bilər

21 Fevral 2025

Getty Images

 “Hazırda 10 suriyalıdan doqquzu yoxsulluq içində yaşayır” Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması üçün 50 ildən çox vaxt lazımdır. BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatda belə deyilir. Hesabatda vurğulanır ki, hazırkı artım tempi ilə Suriya iqtisadiyyatı 2080-ci ilə qədər münaqişədən əvvəlki ÜDM səviyyəsini bərpa edə bilməyəcək. Belə ki, son beş ildə orta illik iqtisadi artım 1.3 faiz olub və bu sürət davam edərsə, münaqişədən əvvəlki ÜDM səviyyəsinə qayıtmaq üçün 55 il tələb olunacaq. Suriyanın infrastrukturunun çox hissəsi dağıdılıb və ölkə 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Əsədin müxalifəti sıxışdırmasına görə ağır...

Seçilmiş Videolar

Toplum TV loqo