Foto: Reuters
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Tramp administrasiyasının Qəzza zolağının təhlükəsizliyi və idarə olunması ilə bağlı təklif etdiyi planı təsdiqləyib.
Noyabrın 17-də keçirilən səsvermədə Şuranın 13 üzvü planın lehinə səs verib, Rusiya və Çin isə səsvermədə iştirak etməyərək bitərəf qalıb.
ABŞ-nin BMT-dəki səfiri Mayk Voltz bildirib ki, qətnamə “Qəzzanın firavan ola biləcəyi sabit mühitin və İsrailin təhlükəsizlik içində yaşamasını təmin edən şəraitin yaradılması istiqamətində daha bir mühüm addımdır”.
Donald Tramp da “Truth Social” platformasında qərarı alqışlayaraq səs verən ölkələrə təşəkkür edib. O yazıb: “Bu, BMT tarixinin ən mühüm qətnamələrindən biri kimi xatırlanacaq, dünyada daha çox sülhə yol açacaq və həqiqətən tarixi əhəmiyyətə malik bir andır!”
Qəzza zolağına nəzarət edən HƏMAS isə bəyanat yayaraq qətnaməyə qarşı çıxıb və bildirib ki, sənəd “Fələstin xalqının siyasi və humanitar tələblərini və hüquqlarını qarşılamır”.
Plana əsasən, hələ yaradılmamış Sülh Şurası Qəzzada keçid dövrü üçün səlahiyyətli orqan kimi fəaliyyət göstərəcək və bu struktur Trampın rəhbərliyi altında olacaq. Eyni zamanda plan Qəzzaya yerləşdiriləcək beynəlxalq sabitləşdirmə qüvvəsinə geniş mandat verir; qüvvələrə sərhədlərə nəzarət, təhlükəsizliyin təmin olunması və ərazinin silahsızlaşdırılması kimi funksiyalar həvalə olunur.
Şura və qüvvələrin mandatının 2027-ci ilin sonunda başa çatması, həmin dövr ərzində isə yerli polis qüvvələrinin hazırlanması nəzərdə tutulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"