AFP
Fransa prezidenti Emmanuel Makron deyib ki, ABŞ prezidenti Donald Tramp 15-17 iyun tarixlərində Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” (G7) sammitindən sonra Ukraynadakı müharibə ilə bağlı fikrini dəyişib.
Makron bunu “France 24” telekanalına müsahibəsində bildirib.
“O, Fransaya Ukraynanın uduzacağını düşünərək gəlmişdi. Amma fikrini dəyişdi. O, həmçinin gördü ki, Rusiya öz öhdəliklərini yerinə yetirmir. Bu G7 sammitində həqiqətən də münasibətdə dəyişiklik baş verdi”, - deyə Makron bildirib.
“Politico” nəşri yazırdı ki, Donald Trampın mövqeyinə Ukrayna prezidenti Volodimir Zelenskinin ona göstərdiyi fotolar təsir etmiş ola bilər. Həmin fotolarda iyunun 15-i gecə saatlarında Rusiyanın hücumundan sonra alov içində qalan Kiyev-Peçersk Lavrası əks olunurdu.
Mənbələrin fikrincə, Zelenskinin bu addımı digər amillərlə yanaşı, Trampın sammitin yekununda qəbul edilmiş birgə bəyanatda Rusiyaya qarşı sərt ifadələrin yer almasına razılıq verməsinə də təsir edib. Bununla belə, “Politico” qeyd edir ki, bu ideyanın müəllifi, ehtimal ki, Emmanuel Makron olub.
Nəşrin məlumatına görə, sammitin uğurlu keçməsinə Trampın həmsöhbətlərinin, o cümlədən Makronun, Ukraynanı döyüş meydanında üstünlük qazanan tərəf kimi təqdim etməsi də kömək edib.
Sammitdən sonra Donald Tramp bildirmişdi ki, G7 sammiti çərçivəsində Ukrayna prezidenti ilə "çox yaxşı" görüş keçirib. O, iyunun 16-da jurnalistlərə açıqlamasında "Rusiya razılığa gəlməlidir" deyib. Prezident bununla da İkinci Dünya müharibəsindən bəri Avropada yaşanan ən böyük münaqişənin yenidən onun prioritetləri siyahısında ön sıraya yüksələ biləcəyinə işarə vurub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”