Akif Qurbanov: “Polisin ofislərə və evlərə qoyduğu pullar qaçaqmalçılığın sübutu kimi təqdim edilib”
sosial media
“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ona qarşı irəli sürülən ittihamlar və məhkəmə prosesi ilə bağlı ictimaiyyətə açıqlama verib.
Açıqlamanı olduğu kimi təqdim edirik:
Hakimiyyət bizim işdə iddianı üç əsas üzərində qurmuşdu.
Polisin öz əli ilə ofislərə və evlərə qoyduğu pullar guya qaçaqmalçılığın sübutudur.
Təqsirləndirilən şəxslərdən və şahidlərdən məcbur edilməklə alınan və həqiqəti əks etdirməyən ifadələr digər ittihamlara sübut kimi göstərildi. Sonrakı məhkəmə iclaslarında həm təqsirləndirilən şəxslər, həm də şahidlər ittihamın iddialarını alt-üst etdilər. İlkin ifadələrdə yazılanların onların öz iradələri olmadığını açıq şəkildə ortaya qoydular.
Ofislərdən, evlərdən götürülən avadanlıqlara, əmlaklarımıza həbs qoymaqla göstərməyə çalışdılar ki, guya “çirkli pullarla əldə etdiyimiz vəsaitləri leqallaşdırmışıq”.
Biz bunlara cavab olaraq nə etdik?
Vəkilim Fuad Ağayev və digər müdafiəçilər maddi sübutun gətirilməsində israr etdik. Pulun bir hissəsi gətirildi və tədqiq olunanda məlum oldu ki, heç pulu müayinə etməyiblər. Müayinənin əlamətlərini sübutun üzərində görməli idik.
Həmçinin vəkil Fuad Ağayev təqdim etdiyi vəsatətlə açıq şəkildə sübut etdi ki, nəinki ekspertiza düzgün aparılmayıb, heç rəyin özü də göstərilən əsaslandırma və beynəlxalq təcrübə standartlarına cavab vermir və açıq savadsızlıq nümunəsidir.
Üç sənədlə göstərdik ki, ittihamın 9 nəfərin adına şişirtdiyi, saxtalaşdırdığı rəqəmləri qəbul etsək belə, ondan 276 min manat artıq gəlirin olduğunun rəsmi sübutunu ortaya qoyduq. Bu da bizə qarşı irəli sürülən maddi iddianın qaynağının qanuni olduğunu və iddianı əsassız etdiyini göstərdi.
Əlavə olaraq da dəlillərlə göstərdim ki, bizə qarşı əməliyyat keçirənlər məndən 17 min manat götürüb, quldurluq ediblər.
Bunun cavabı aydınlaşdırılmalıdır. Nəticədə hakimiyyət legitim olmayan özbaşına əməllərini ört-basdır etməyin yolunu xofu daha da artırmaqda və cəzanı maksimum həddə qaldırmaqda gördü. 130 il iş oxundu.
Hakimiyyət legitimliyini itirdikcə qəzəbi artır və qəzəbini də bu şəkildə, qorxudaraq göstərir. Çünki özü də qorxur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib
Açıq mənbə
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”