Azərbaycanda mühakimə olunan Rusiya vətəndaşlarına 3-4 il həbs cəzası kəsilib
Açıq mənbə
Ötən ilin iyulunda Azərbaycan və Rusiya münasibətlərinin pisləşməsi fonunda Azərbaycanda həbs olunan rusiyalıların məhkəməsi başa çatıb.
APA-nın xəbərinə görə, iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Təqsirləndirilən şəxslərdən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqli isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 234.4.1-ci (narkotik satışı, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurdular.
Lakin məhkəmə hökmdə ittihamı 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəyə tövsif edib.
Təqsirləndirilən şəxslər əvvəlki məhkəmə iclaslarında özlərini təqsirli bilməmiş və cinayət işinə xitam verilməsini istəmişdilər.
Sözügedən şəxslər ötən il Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi fonunda həbs olunublar.
Belə ki, onların həbsindən öncə, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Bürosu Yekaterinburq şəhərində bir qrup azərbaycanlının evində əməliyyat keçirib və zorakılıq törədib. Saxlanılan şəxslərdən ikisi sonradan ölü tapılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni qınamış və məsələ ilə əlaqədar Rusiya tərəfinə nota vermişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib
Foto: Toplum TV
“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir