Dünya

CNN: "Rusiya afrikalıları Ukraynaya vuruşmağa göndərir"

5 Fevral, 2026
189

Foto: CNN

ABŞ-nin CNN telekanalı Rusiyanın Ukraynada ön cəbhəyə göndərdiyi, müxtəlif Afrika ölkələrindən olan şəxslər haqda araşdırma yayımlayıb. 

Araşdırmada zorla döyüşə göndərildiyi iddia olunan şəxslər və onların ailə üzvlərindən müsahibələr alınıb.

Bu şəxslərdən 35 yaşlı keniyalı Fransis Endanqu ötən ilin iyulunda Rusiyaya qaynaqçı işləməyə gedib. Lakin ailəsi oktyabrdan onunla əlaqəni itirib. Dekabrda isə Endanqunun afrikalılara çağırış etdiyi bir video qəbul ediblər. 

Videoda o, afrikalılara Rusiyaya hər hansı iş təklifindən ötrü getməmələri barədə xəbərdarlıq edir. “Əgər getsəniz, hərbi xidmətdə olmamısınızsa belə, sizi orduya yazacaqlar və birbaşa cəbhə xəttinə göndərəcəklər. Burada əsl qətliam baş verir", - o deyir. 

Bir həftə sonra isə Fransisin olduğu həssas məzmunlu bir video sosial mediada sürətlə yayılıb. Videoda hərbi formada, sinəsinə mina bağlanmış vəziyyətdə Fransis görünür. Rusca danışan və irqçi ifadələr işlədən bir şəxs isə onun Ukrayna ordusunun mövqelərini yarmaq üçün “konserv açan” kimi istifadə olunacağını deyir.

"Bu uşaqları evlərinə qaytarmaq üçün Keniya və Rusiya hökumətlərinə birgə çağırış edirəm. Onlara real işlər barədə yalan danışılıb və indi həyatları təhlükə altında, bir müharibənin içindədirlər", - Endanqunun anası CNN-ə deyib. 

CNN-in araşdırması Rusiyanın Afrikada apardığı cəlbetmə taktikaları ilə bağlı yeni detalları üzə çıxarıb. Araşdırma afrikalı iş axtaranlara verilən parlaq vədləri və onların çoxunun üzləşdiyi məcburi hərbi xidmət və qanlı cəbhə döyüşləri ilə bağlı reallığı ifşa edir.

CNN Rusiyanın sıralarını gücləndirmək üçün afrikalı kişiləri necə cəlb etdiyini göstərən, messencer tətbiqlərindəki yüzlərlə yazışmanı, hərbi müqavilələri, vizaları, uçuş və hotel bronlarını nəzərdən keçirib, həmçinin Ukraynada döyüşən afrikalı şəxslərin birbaşa ifadələrini toplayıb.

Botsvana, Uqanda, Cənubi Afrika Respublikası və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsi problemin miqyasını etiraf edib.

Rusiyanın Müdafiə və Xarici İşlər nazirlikləri çağırılan şəxslərin aldadılması və ya məcbur edilməsi ilə bağlı iddialara dair CNN-in sorğusuna cavab verməyib.

CNN hələ də Ukraynada olan - Qana, Nigeriya, Keniya və Uqandadan 12 afrikalı döyüşçü ilə danışıb. Onlar sürücü və ya mühafizəçi kimi mülki işlərin təklif edildiyini bildiriblər. Əksəriyyəti müqavilə imzalanarkən 13 min dollar mükafat, ayda 3500 dollara qədər maaş və xidmətin sonunda Rusiya vətəndaşlığı vəd edildiyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo