Dünya

Edam cəzası son 10 ildə ən yüksək həddə çatıb

8 Aprel, 2025
83

AP

2024-cü ildə İranda azı 972 nəfər edam edilib. 

“Amnesty İnternational” insan haqları təşkilatının 2024 - cü ildə dünyada qeydə alınan ölüm hökmləri ilə bağlı illik hesabatında belə deyilir. 

Hesabata görə, dünyada icra olunan ölüm hökmlərinin sayı 1500-ü keçərək son 10 ilin ən yüksək həddinə çatıb.

Təşkilat bəzi ölkələrin edam barədə məlumatları açıqlamadığından bu rəqəmin daha çox ola biləcəyini təxmin edir.

Hesabatda qeyd olunub ki, edamların 90 faizi İran, Səudiyyə Ərəbistanı və İraqda icra olunub.

Ötən il azı 972 nəfəri edam edən İran siyahıya başçılıq edir. İranda bu rəqəm 2023-cü ildə 853 olaraq qeydə alınıb.

Səudiyyə Ərəbistanının şahzadə Məhəmməd bin Salmanın ölkəni modernləşdirmə proqramına və ölüm cəzasının azaldılmasına dair vədinə baxmayaraq, edamların sayında kəskin artım müşahidə olunub.

2024-cü ildə bu ölkədə 345 nəfər edam edilib və 2023-cü ilə nisbətən bu iki dəfə artım deməkdir.

Bu, “Amnesty İnternational”-ın indiyə qədər ölkədə qeydə aldığı ən yüksək rəqəmdir.

Artıma əsas səbəbi kimi ölkədə siyasi müxalifəti susdurmaq üçün ölüm hökmünün tətbiqi olduğunu göstərilib.

Təşkilat bildirib ki, rəsmilər 2011-2013-cü illər arasında "hökumət əleyhinə" etirazları dəstəkləyən şiə azlığının üzvlərini cəzalandırmaq üçün ölüm hökmündən silah kimi istifadə etməyə davam edir. 

İraqda edam cəzası 63 dəfə icra edilib ki, bu da 2023-cü illə müqayisədə təxminən 4 dəfə artım deməkdir.

 

Bundan başqa, təşkilat Çini "dünyanın bir nömrəli edamçısı" olaraq xarakterizə edərək, mövcud məlumatların ölkədə minlərlə insanın edam edildiyini göstərdiyini qeyd edib.

Çin ölüm hökmləri ilə bağlı məlumatları açıqlamaqdan imtina edir. Təşkilat, həmçinin Şimali Koreya və Vyetnamın da ölüm hökmündən geniş istifadə etməsindən şübhələndiyini bildirib.

ABŞ ölüm cəzası tətbiq edən Qərb demokratiyası arasında mühim bir istisna kimi qalmağa davam edir.

2024-cü ildə ABŞ-da edamların sayı əvvəlki illə müqayisədə 24-dən 25-ə yüksəlib.

“Amnesty”-nin məlumatına görə, bu cüzi artıma baxmayaraq, bəzi narahatlıq doğuran tendensiyalar var. 

"Rəqəmlər tarixən həm edamlar, həm də cəzalar baxımından çox aşağıdır, lakin keçən il biz dörd ştatda, Cənubi Karolina, Corciya, Yuta və İndianada edamların bərpa olunduğunu gördük. Uzun illərdir ölüm cəzası olmayan ştatlarda edamların bərpa olunması çox narahatedicidir", qurumun nümayəndəsi bildirib.

Alabama ştatında edamların sayı iki dəfə artıb və edam zamanı azot qazından da istifadə edilib.

Birləşmiş Millətlər Təşkilatının müşahidəçiləri deyirlər ki, azot hipoksiyasından və ya oksigen çatışmazlığından ölüm işgəncəyə bərabərdir.

Hazırda dünyada 15 ölkədə ölüm hökmü cəzası tətbiq olunmaqdadır.

145 ölkədə isə ölüm hökmü istər qanunla, istərsə də praktiki olaraq ləğv edilib. 

Bundan əlavə, BMT-nin Baş Assambleyasının üzvlərinin üçdə ikisi ölüm hökmünün dayandırılmasını və ləğv edilməsini tələb edən qətnamə qəbul edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ məhkəməsi fələstinli fəalın deportasiyası ilə bağlı qərar verib

14 Aprel 2025

AP

ABŞ məhkəməsi fələstinli fəal Mahmud Xəlilin ölkədən deportasiya oluna biləcəyinə qərar verib.  Luiziana ştatında immiqrasiya hakimi qərarını belə əsaslandırıb ki, hökumət Xəlilin ölkədə olmasının ABŞ xarici siyasətinə zidd olduğunu iddia edir və bu, onu deportasiya etmək üçün kifayətdir.  Bundan əvvəl Nyu York və Nyu Cersi ştatlarında federal hakimlər hökumətə iş mahiyyəti üzrə baxılana qədər Xəlili ölkədən çıxarmağı qadağan etmişdi.  Xəlilin vəkillərinin aprelin 23-ə qədər apellyasiya müraciəti etmək şansı var.  “Bu gün biz ən pis qorxularımızın meydana çıxdığını gördük: Mahmuda qarşı guya hüquqi prosedur adı altında bir tamaşa quruldu. Bu isə onun ədalətli məhkəmə hüququnun açıq şəkildə pozulması və immiqrasiya qanununun fikir...
Dünya

Rusiya XİN: Aİİ-dən çıxmaq Ermənistan üçün ağrılı proses olacaq

14 Aprel 2025
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın Ermənistan əhalisi üçün “ağrılı proses” olacağını deyib.  O, “İzvestiya” qəzetinə müsahibəsində Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma perspektivindən və Rusiyanın buna münasibətindən danışıb.  Qaluzin deyib ki, Rusiyanın Ermənistanın “maraqlarını pozmaq” planı yoxdur və ola da bilməz. “Bizim ötən il ticarət dövriyyəmiz 12 milyard dollara yaxın olub və bu, ciddi artım nümayiş etdirib. Bu, bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır”, - o qeyd edib.  Buna baxmayaraq, o əlavə edib ki, eyni zamanda həm Aİ, həm də Aİİ-yə üzv olmaq mümkün deyil və Ermənistan seçim etməli olacaq. “Aİİ-də iştirak Ermənistan əhalisinə aşkar faydalar...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo